"Azad edilmiş torpaqlarda daş daş üstə qalmayıb" - Prezident
Bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq.
Adalet.az bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlıdır: "Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib".
Prezident İlham Əliyev vurğulayıb ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birinə əsirgəməyəcək.
Digər Xəbərlər
17 Mart 2026 19:00
Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək
17 Mart 2026 13:51
"Qanunun bu maddəsinin əleyhinəyəm" - Deputat
17 Mart 2026 13:32
Milli Məclis Prezident və birinci xanımı təbrik edib
17 Mart 2026 11:42
Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya etdi
17 Mart 2026 11:38
"Dron uçuşunu böyük panikaya çevirməyə cəhd edənlərin..." - Siyavuş Novruzov
17 Mart 2026 11:37
Razi Nurullayev: Əlillik təyinatı prosesi vətəndaşlara çətinlik yaradır
17 Mart 2026 11:31
Deputat Müdafiə Nazirliyinə sorğu ünvanladı: "İctimaiyyət vaxtında məlumatlandırılmalıdır"
17 Mart 2026 11:21


Bakı -°C

