Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşüb

Yanvarın 18-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, qonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Q.Angelov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hərbi təhsil sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə hərbi qulluqçuların, o cümlədən mülki işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də hərbi təhsil sahəsində maraq doğuran digər məsələlər müzakirə edilib.
Digər Xəbərlər

Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyirik - Fidan

ABŞ senatoru: Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir

Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşüb

Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Kamran Əliyev BPA-nın 30-cu illik konfransında iştirak edib

Mustafayev və Qriqoryanın qarşılıqlı səfərlərinin hansı ərazilərdə keçirildiyi bilinib

Hikmət Hacıyev ABŞ-də sülh gündəliyi barədə geniş müzakirələr apardı
