Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ekvadorda səfərdə olub.
Bu barədə Adalet.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər zamanı paytaxt Kito şəhərində Azərbaycan Xarici İşlər və Ekvador Xarici İşlər və İnsan Mobilliyi Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Ekvador tərəfindən isə xarici işlər və insan mobilliyi nazirinin müavini Alexandro Davalos başçılıq edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşlərdə iki kənd təsərrüfatı, biznes və sərmayələrin gəcək təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.
Yekunda ilk siyasi məsləhətləşmələrin protokolu, eləcə də Azərbaycan Hökuməti və Ekvador Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən Ekvador Diplomatik Akademiyasında "Azərbaycanın xarici siyasəti" mövzusunda təqdimat edilib. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən Ekvador Xarici İşlər və İnsan Moblliyi Nazirliyinin Mətbuat xidmətinə, habelə ölkənin aparıcı "El Telegrafo" onlayn dövlət qəzetinə müsahibələr verilib.
Səfər çərçivəsində həmçinin Ekvadorda fəaliyyət göstərən Azərbaycanlı iş adamları ilə görüş keçirilib.
Digər Xəbərlər
20 May 2026 10:35
Azərbaycan XİN Milli Günü münasibətilə Kamerunu təbrik edib
20 May 2026 10:19
“Çin Rusiyaya hazır hərbi texnikanın birbaşa ixracını dayandırsa da...”
19 May 2026 20:25
Bakı mədəni irsin qorunması baxımından mühüm mərkəzdir - Hikmət Hacıyev
19 May 2026 19:11
“Azərbaycanın enerji ixrac imkanları daha da genişlənir”
19 May 2026 19:00
Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
19 May 2026 18:40
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan azad edir
19 May 2026 18:15
Kəmaləddin Heydərov belaruslu nazirlə görüşdü - FOTOLAR
19 May 2026 17:57


Bakı -°C

