Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub
Azercell uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verməkdə davam edir
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub. Sayca VI Uşaq Paralimpiya İdman Oyunları bu il hər bir idman növü üzrə ayrı-ayrı yarışlar şəklində və karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib.
Oyunlarda Bakı, Gəncə, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasından paralimpiyaçı uşaqlar iştirak ediblər. 13 noyabr-22 dekabr tarixləri arasında baş tutan VI Uşaq Paralimpiya İdman Oyunlarında ümumilikdə 5 idman növü üzrə 120-yə yaxın uşaq yarışıb.
Uşaqlar pauerliftinq, stolüstü tennis, cüdo, üzgüçülük və para-taekvondo idman növləri üzrə oyunlarda iştirak ediblər. Hər idman növü üzrə yarışlar müxtəlif kateqoriyalarda keçirilib. Nəticədə 70-dən çox uşaq fərqli dərəcələr üzrə qalib elan olunub.
Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.
2021-ci ilin yayında Tokioda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan Milli komandalarının tərəfdaşı kimi çıxış edən “Azercell Telekom” MMC növbəti Uşaq Paralimpiya yarışmasının iştirakçılarını və qaliblərini təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayır.
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

