Azərbaycandan Aİ Şurasının qərarına ETİRAZ
Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı medianın sualına cavabında deyib.
"22 iyul tarixində Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi nəzərdə tutulub. Bu qərarı necə şərh edərdiz?" sualına A.Hacızadə belə cavab verib:
"Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.
Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik.
Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək".
Digər Xəbərlər
17 Mart 2026 19:00
Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək
17 Mart 2026 13:51
"Qanunun bu maddəsinin əleyhinəyəm" - Deputat
17 Mart 2026 13:32
Milli Məclis Prezident və birinci xanımı təbrik edib
17 Mart 2026 11:42
Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya etdi
17 Mart 2026 11:38
"Dron uçuşunu böyük panikaya çevirməyə cəhd edənlərin..." - Siyavuş Novruzov
17 Mart 2026 11:37
Razi Nurullayev: Əlillik təyinatı prosesi vətəndaşlara çətinlik yaradır
17 Mart 2026 11:31
Deputat Müdafiə Nazirliyinə sorğu ünvanladı: "İctimaiyyət vaxtında məlumatlandırılmalıdır"
17 Mart 2026 11:21


Bakı -°C

