Azərbaycanın Qarabağ bölgəsində minalar zərərsizləşdirilir
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər icra edilir.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonunun Çərəktar kəndinin cənubunda Vətən müharibəsindən sonra müdafiə xətti quraraq bu istiqamətdə xeyli sayda mina basdırıb. Sentyabrın 21-də qeyd olunan istiqamətdə Ermənistanda istehsal edilmiş xeyli sayda piyada və tank əleyhinə mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.
Digər Xəbərlər
10 Sentyabr 2026 17:44
Bu qədər uşaq nikahdankənar doğulub
10 Sentyabr 2026 17:10
1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı
10 Sentyabr 2026 16:30
Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
10 Sentyabr 2026 16:02
"İçərişəhər"ə niyə 300 maşın buraxılır?
10 Sentyabr 2026 15:52
Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
10 Sentyabr 2026 14:12
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü
10 Sentyabr 2026 11:11
XRİTDX-nin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirində çıxış edib
10 Sentyabr 2026 11:01


Bakı -°C

