“Bakcell” ən geniş partnyor şəbəkəsinə malik debet kartını təqdim edir
Ölkənin ən böyük özəl mobil operatoru “Bakcell” ilk debet kartını - "Bakcell Kart"ı təqdim edir.
Adalet.az xəbər verir ki, ölkənin birinci bankı “Kapital Bank”la birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən “Bakcell kart” ən geniş partnyor şəbəkəsinə malik debet kartdır.
“Bakcell Kart”ın üstünlükləri nələrdir?
“Bakcell Kart” abunəçilərə partnyor mağazalardan 30%-dək keşbek qazandıracaq. Ödənişsiz təqdim olunacaq kartda köçürmə və nağdlaşdırma zamanı komissiya haqqı tutulmayacaq. Eyni zamanda, kart sahibləri xüsusi “Bakcell” kampaniyaları, həmçinin “Ulduzum Premium”un üstünlüklərindən faydalana biləcəklər. Bundan əlavə, "Bakcell" tətbiqi üzərindən nömrənin balansı artırıldığı təqdirdə abunəçilərə xüsusi data (internet) bonuslar hədiyyə olunacaq.
“Bakcell Kartı” necə əldə etmək olar?
“Bakcell Kart”ı üç valyutada AZN/USD/EUR olaraq "Bakcell" tətbiqi üzərindən asanlıqla sifariş etmək olar. Debet kartı həm rəqəmsal, həm də fiziki formada təqdim olunur. Kart fiziki formada sifariş verildikdə müştərinin istəyinə uyğun olaraq ünvana çatdırıla və ya təyin edilən “Kapital Bank” filialından əldə edilə bilər. Aktiv “Bakcell” nömrəsi olan bütün abunəçilər “Bakcell Kartı” pulsuz şəkildə sifariş edə bilərlər.
"Bakcell Kart"ı "Bakcell" tətbiqi üzərindən sifariş vermək üçün linkə keçid edin: https://onelink.to/bakcell
Qeyd edək ki, “Bakcell Kart” abunəçilərə innovativ məhsul və xidmətləri təqdim edən “Bakcell”in ilk fintex (maliyyə texnologiyası) məhsuldur. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verəcək.
Partnyor mağazaların siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar: https://birbank.az/partners
Digər Xəbərlər
24 Sentyabr 2026 15:49
Bakcell-də hədiyyə mövsümü başladı
24 Sentyabr 2026 09:34
Süni intellekt nəzarətdən çıxmasın deyə - 20 il həbs təklif edirlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25


Bakı -°C

