“Bakcell” və "Nar" şəbəkəsində texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
Bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə Adalet.az-a “Nar” şirkətindən bildirilib.
Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.
***
Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə Adalet.az-a "Bakcell" şirkətindən məlumat verilib. "Artıq abunəçilərimiz rahatlıqla Bakcell xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - açıqlamada deyilir.
***
Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.
Adalet.az xəbər verir ki, “Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.
"Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - şirkət rəsmisi vurğulayıb.
NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: “Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.
Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.
***
Azərbaycanda bəzi mobil operatorların şəbəkə sistemində problemlər yaranıb.
Adalet.az-ın məlumatına görə, bu barədə mobil operator istifadəçiləri bildirib.
Qeyd olunur ki, artıq 1 saata yaxındır ki, "Bakcell" və "Nar" mobil operatorunda şəbəkə itib, zəng vurmaq mümkün deyil.
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

