Bakıda 6 kq çəkidə doğulan körpə sabah evə buraxılacaq - YENİLƏNİB
Bakıda 6 kiloqram çəkidə doğulan körpə sabah evə buraxılacaq.
Adalet.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, körpənin vəziyyəti hazırda normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:
"Bu qadının artıq 3-cü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi körpəsi də 4 kq 600 qramla təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən bəri o 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib. Biz doğumdan öncə anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördük, amma o, bundan imtina etdi. Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, onda doğuşdan öncəki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən stil, tamamilə təbii şəkildə belə çoxdur".
***
Bakıda Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.
Adalet.az xəbər verir ki, bu barədə xəstəxananın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 10-da saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib.
“Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iriçəkili uşaq hesab olunur.
Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub. Hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır. Körpənin vəziyyəti orta-ağır, ananın vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.
Digər Xəbərlər
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
04 Sentyabr 2026 16:13
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
03 Sentyabr 2026 11:35
Səhər yeməyi vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
03 Sentyabr 2026 10:10
Həkimlər 3 yaşlı uşağın əlini XİLAS ETDİ
02 Sentyabr 2026 17:54


Bakı -°C

