Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi - VİDEO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, qardaş ölkənin nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq ehtiram nümayiş etdirib.
Səfər çərçivəsində, həmçinin Zəfər parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil qoyulub.
Sonra Müdafiə Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.
General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib, hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini qeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
Ordu generalı L.Ergün isə öz növbəsində 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası ilə bağlı keçiriləcək görüşlərin Bakıda təşkilinə görə general-polkovnik Z.Həsənova təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını diqqətə çatdırıb.
Görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, həmçinin regional təhlükəsizlik və maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
31 Yanvar 2026 13:12
“Böyük Britaniya Çinlə iqtisadi əməkdaşlıqdan faydalanmaq istəyir...”
31 Yanvar 2026 12:59
Gənclər siyasəti dövlətin inkişaf strategiyasının tərkib hissəsidir
31 Yanvar 2026 12:18
Azərbaycan-ABŞ nümayəndələri MM-də müzakirə APARDI - FOTOLAR
31 Yanvar 2026 11:09
“Türkiyənin ABŞ və İran arasında vasitəçilik missiyası müsbət nəticə verə bilər”
31 Yanvar 2026 10:12
“Yaranmış yeni siyasi mənzərə onu göstərir ki...”
30 Yanvar 2026 19:16
Rəşad Nəbiyev BP rəhbərliyi ilə strateji əməkdaşlıq məsələlərini müzakirə etdi - FOTO
30 Yanvar 2026 18:50
Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi
30 Yanvar 2026 18:43


Bakı -°C

