18 Oktyabr 2024 12:49
83
DÜNYA

 Bayden Netanyahunu təbrik etdi

ABŞ prezidenti Co Bayden Almaniyaya səfəri ərəfəsində, təyyarədən İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək, Fələstin  HƏMAS təşkilatının lideri Yəhya Sinvarın qətlə yetirilməsini "irəliyə addım" kimi qiymətləndirib.

 Bu barədə məlumat verən Axios mətbu orqanı yazır ki, Bayden təyyarənin bortundan Netanyahuya xəng edib və Sinvarın məhv edilməsi münasibətiylə onu təbrik edib. Amerikan lideri bu xəbərə münasibət bildirərkən, İsrailin baş nazirini "girovların azad edilməsi üçün daha irəli getməyə " çağırıb.

 ABŞ-ın vitse-prezidenti, prezidentliyə namizəd Kamala Xarris də, bu hadisənin Qəzza bölgəsində münaqişənin dayandırıkması üçün şans olduğunu bəyan edib. "Növbəti günə HƏMAS hakimiyyəti olmadan başlayaq"- deyə Xarris vurğulayıb.

 The New York Times-in məlumatına görə, İsrsil müdafiə ordusunun əsgərləri ərazilərdə nəzarət xidməti apararkən, qəflətən HƏMAS-ın lideri Yəhya Cinvarla qarşılaşıblar və onu qətlə yetiriblər.

 Rüstəm Hacıyev