18 Oktyabr 2024 12:12
116
DÜNYA

Parlamentdə qalmaqal:Eks deputat spikeri "fahişə" adlandırdı, Tovmasyan isə...

Ötən gün, oktyabrın 17-də Ermənistan parlamentində Azərbaycanın sülh müqaviləsi üçün əsas şərti Ermənistanın müstəqillik bəyanatında və konstitusiyasında ölkəmizə qarşı əksini tapan ərazi iddialarının çıxarılması ilə bağlı , Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının işinin reqlamenti, eləcə də Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlı parlament dinləmələri keçirilib.


Müzakirələrdə müxalifət və hökumətyönlü deputatlar, hökumət nümayəndələri, ekspertlər, hüquqşünaslar, hətta “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iştirak edir.


Adalet.az xəbər verir ki, müzakirələr zamanı qalmaqal baş verib və parlament dinləmələrinin iştirakçısı Ruben Akopyan parlament spikerinin ünvanına təhqiramiz ifadələr işlədib.Buna görə onu Milli Assambleyanın binasından çıxarıblar. Vaxtı ilə Milli Məclisin deputatı olmuş Ruben Akopyan Alen Simonyana bu sözləri deyib: “Bu gün bu kürsüdə (spiker kürsüsündə- red-Ə.R.)  görəndə utandığımdan yerə girdiyim adam, vizit kartı olan fahişə başçılıq edir. Xalqın vergisi ilə ödənilən cangüdənlərə göstəriş verə bilər ki, vətəndaşın əlini-qolunu bağlatdırsın və sonra etiraz edən vətəndaşın üstünə tüpürsün?”.

Bu sözlərdən sonra parlamentin təhlükəsizliyini həyata keçirən şəxslər sabiq deputatın əl-qolunu buraraq binadan çıxarıblar.
Beləki,  müxalifətçi deputatı Taquhi Tovmasyan məsələ ilə bağlı açıqlama verib. O deyib ki, vətəndaşın əlini-qolunu buraraq qanunverici orqanın binasından çıxarılması, hətta qəbuledilməz təhqirə görə belə qınaq doğurur:

” Nikol Paşinyanın yaratdığı demokratiyadır, siyasi opponentlərə “sıfır”, tolerantlıqla belə reaksiya verirlər, söz azadlığı belə qorunur, bu halda, bəli, təhqir də olub. Vətəndaşın üzünə tüpürmək isə Simonyanın alnında rüsvayçılıq, rüsvayçılıq və həyasız cəzasızlıq üçün əbədi damğa olaraq qalacaq.


Qeyd edək ki, erməni əsilli Kanada vətəndaşı Karen Mkrtçyan ötən il Ermənistan parlamentinin sədri Alen Simonyanı İrəvanın mərkəzindəki “Kaskad” kompleksinin yaxınlığında görərək, onu hər kəsin qarşısında satqın adlandırıb. Bundan sonra Simonyanın mühafizəçiləri Karenin qollarını buraraq tutmuş, spiker də bu vətəndaşın üzərinə tüpürmüşdü. Kanada vətəndaşını təhqir edən və onun üzünə tüpürən Simonyan daha sonra üzr istəmişdi.


Əntiqə Rəşid