Bazar günü hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək. Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə gecə 19-24° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi yollar buz bağlayacaq.
Digər Xəbərlər

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə sədr əvəzi təyin edildi

Dövlət sərhədini pоzan 22 əcnəbi saxlanıldı

Azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib

Bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən çıxarılsın - TƏKLİF

Ağdərəyə ilk köç karvanı yola salınıb

Zahid Oruc: Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər

Azərbaycanda bu cərimələr artırıla bilər
