11 Sentyabr 2024 11:14
1328
MƏMLƏKƏT

Bəşəriyyəti buxara çevirə bilən  "Bütün Bombaların Atası"nın sınaq günü

 Bu gün bəşər tarixində  2-ci ən dəhşətli hadisənin il dönümüdür.

Adalet.az xəbər verir ki, 2007 –ci il 11 sentyabr. Bütün bəşəriyyət həmin gün Rusiyanın sınaqdan keçirdiyi dəhşətli silahdan danışırdı Rusiya "Bütün Bombaların Atası" kimi tanınan ən böyük adi silahı sınaqdan keçirdiyini və bu silahla əbədi rəqibi olan ABŞ-a meydan oxuduğunu bir daha ortaya qoydu.
 Məlumatlarda deyilir ki, Rusiyanın bu nəhəng bombası havada partlayır və oksigenlə reaksiyaya girərək daha da alovlanır və dağıdıcılıq qabiliyyəti bir az güclənir. Hərbi ekspertlər dağıdıcı gücünə görə bu bombanı taktiki nüvə silahları müqayisə edirlər.

 Məsələn, hərbi ekspert Ramil Məmmədli mediaya açıqlamasında bildirib ki, bu bomba ABŞ-ın Hərbi Hava Qüvvələrində vaxtilə ən güclü qeyri-nüvə silahı hesab edilən “Massive Ordnance Air Blast” başqa sözlə, “bütün bombaların anası” ləqəbli GBU-43 / B silahına qarşı hazırlanıb. Rusların “bütün bombaların atası” ləqəbini verdiyi “Vakuum bombası” hazırda dünyanın ən güclü qeyri-nüvə silahı hesab olunur. Yüksək dağıdıcı gücə malik bu bomba amerikalı həmkarı ilə müqayisədə çəkisinə görə daha yüngüldür, lakin nanotexnologiyanın istifadəsi sayəsində 4 dəfə güclüdür və bir dəfəyə 20 dəfə çox ərazini vura bilir. Maraqlıdır ki, son dövrlərə qədər bu hərbi sursat haqqında məlumatlar olduqca gizli saxlanılıb. Hətta bu yüksək öldürücü gücə malik bombanın həqiqi təyinatı, tərtibatçısı, istehsalçısı və istehsal sayı belə məlum deyil”.
 Ekspert bombanın öldürücü gücündən danışaraq bildirib ki, vakuum bombası insanın daxili orqanlarını məhv edir:” Havadakı oksigendən istifadə edərək yüksək istilik partlayışına səbəb olan bomba ətrafa daha böyük ziyan vurur. “Vakuum, başqa sözlə termobarik bomba istilik əsasında təzyiqlə işləyən qeyri-nüvə bombasıdır.

Neft və havanın birləşməsindən ibarət bombanın partlama mexanizmi yaratdığı təzyiqlə kiçik bir atom bombasına bərabər dağıdıcı gücə malikdir. Partlayış havada baş verir. Bombanın əmələ gətirdiyi kostik maddədən ibarət buludun partlaması nəticəsində isə çox yüksək temperatur əmələ gəlir. Təyyarədən atılan termobarik bombanın birinci kamerası müəyyən yüksəklikdə partlayır.

Bu partlayışdan çıxan partlayıcı toz dağıdılmalı olan əraziyə düzülür. İkinci mərhələdə bombanın ikinci kamerasındakı partlayıcı aerozol alovlanır və ətrafdakı partlayıcı toz əmələ gəlir. Yaranan geniş vakuum dalğası məhv edilən ərazidə təzyiqi azaldır. Təsir zonasındakı bütün canlılar buxarlanır”.

Qeyd edək ki, 2 il əvvəl İngiltərə mətbuatı Rusiya Ukraynaya qarşı “bütün bombaların atası” kimi tanınan 44 tondan çox TNT-yə bərabər silahdan istifadə edəcəyini yazırdı. Suriyada da istifadə edildiyi iddia edilən bombanın döyüşün əvvəlində ruh yüksəkliyini pozmaq üçün atılacağı iddia edilirdi.

Əntiqə Rəşid