14 Iyun 2024 16:37
2036
ŞOU-BİZNES

Bəturə: “Bizdə sənətə qiymət vermirlər”

Uzun zamandır Türkiyədə yaşayan müğənni Bəturə Hüseynova sükutu pozub.

Adalet.az bildirir ki, o, Bakıdan getməyinin səbəbini söyləyib:

“Bilirsiniz ki, birdən qərar verdim ki, gedirəm. Burda məni çox yordular. Sənətə sənətçiyə qiymət verən yoxdur. Çox bəsit mahnılar oxuyana elə qiymət verilir ki, adam mat qalır. Mən burda çox çalışdım. Amma özümə diqqət görmədim”.

Əntiqə