Beynəlxalq axtarışa verilən 3 nəfər Azərbaycana ekstradisiya edildi

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Abdullayev İframin Elbrus oğlu, Yusufov Emin Boris oğlu və Mehdiyev Natiq İsgəndər oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Digər Xəbərlər

Erməniəsilli şahid: Xankəndi ətrafında 2, Əsgəranda 1 hərbi anbar yaradılıb

Erməniəsilli şahid: Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib

Bakıdakı davanın səbəbi məlum oldu - Həmin şəxslərdən birinin xanımına mesaj yazıbmış

Ölkəyə külli miqdarda narkotik vasitə keçirmək istədilər

Şirvanda oğurluq və narkotikə görə 8 nəfər saxlanıldı - FOTO

Nəsimidə 4 kq narkotika dövriyyədən çıxarılıb - VİDEO

Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı
