İşə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirdi - VİDEO

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə dair yalan vədlər verərək aldadıb və iki rayon sakininin 17 min manatını ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə A.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Erməniəsilli şahid: Xankəndi ətrafında 2, Əsgəranda 1 hərbi anbar yaradılıb

Erməniəsilli şahid: Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib

Bakıdakı davanın səbəbi məlum oldu - Həmin şəxslərdən birinin xanımına mesaj yazıbmış
