Nəsimidə 4 kq narkotika dövriyyədən çıxarılıb - VİDEO

Nəsimi rayonunda əməliyyat zamanı 4 kiloqram narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bu barədə Adalet.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən son əməliyyat nəticəsində 25 yaşlı Elgün Muradov saxlanılıb. Onun üzərindən 4 kiloqramdan artıq heroin, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
E.Muradov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər

Erməniəsilli şahid: Xankəndi ətrafında 2, Əsgəranda 1 hərbi anbar yaradılıb

Erməniəsilli şahid: Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib

Bakıdakı davanın səbəbi məlum oldu - Həmin şəxslərdən birinin xanımına mesaj yazıbmış

Beynəlxalq axtarışa verilən 3 nəfər Azərbaycana ekstradisiya edildi

Ölkəyə külli miqdarda narkotik vasitə keçirmək istədilər

Şirvanda oğurluq və narkotikə görə 8 nəfər saxlanıldı - FOTO

Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı
