Ölkəyə külli miqdarda narkotik vasitə keçirmək istədilər

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
DSX-dən Adalet.az-a verilən məlumata görə, mart ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanmışdır.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Digər Xəbərlər

Erməniəsilli şahid: Xankəndi ətrafında 2, Əsgəranda 1 hərbi anbar yaradılıb

Erməniəsilli şahid: Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib

Bakıdakı davanın səbəbi məlum oldu - Həmin şəxslərdən birinin xanımına mesaj yazıbmış

Beynəlxalq axtarışa verilən 3 nəfər Azərbaycana ekstradisiya edildi

Şirvanda oğurluq və narkotikə görə 8 nəfər saxlanıldı - FOTO

Nəsimidə 4 kq narkotika dövriyyədən çıxarılıb - VİDEO

Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı
