11 Mart 2025 11:41
224
KRİMİNAL

Şirvanda oğurluq və narkotikə görə 8 nəfər saxlanıldı - FOTO

Şirvan şəhəri ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 5000 manatdan artıq olan metal avadanlıqların oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə faktı törətməkdə şübhəli bilinən Daşqın Mütəllimov, İsmayıl Gözəlov və Əfqan Abbasov müəyyən olunaraq saxlanılıblar. İ.Gözəlovun bir təsərrüfatdan iki baş xırda buynuzlu heyvan oğurlaması da müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə Ramil Zeynalov, Azad Həsənov, Sahib Nuralıyev, Mirabbas Səfərov və Elcan Əmirov saxlanılıblar. Onlardan müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.