Birol Akgün: Türk dünyası sahibkarlarının geniş əməkdaşlığı qurulub
Türk dünyasının sahibkarları arasında geniş əməkdaşlıq qurulub.
Adalet.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan HR İnsitutunun və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Women's Entrepreneurship Summit 2025" tədbirində deyib.
Onun sözlərinə görə, türk dünyası olaraq siyasi, iqtisadi, rifah yolunda böyük səylər göstərilir:
"Qadınlarımız həmişə ölkənin inkişafı yolunda böyük işlər görür. Türklər olaraq Türkiyədə cənab Prezident Rəcəb Tayyib Ərdoğanın yanında, xüsusilə də Əminə Ərdoğanın həyata keçirdiyi sosial layihələr türk cəmiyyətinə daim dəstək olub və nümunə göstərib. Birləşmiş Millətlərdə belə geniş dəstək qazanan və artıq dünya markasına çevrilən "Sıfır Atıq" layihəsi - yəni dayanıqlı inkişafı, irəliləyişi və bu prosesdə qadının xüsusi rolunu önə çıxaran bir təşəbbüs - nümunəvi bir layihə kimi qəbul olunub.
Dünya artıq bunu qəbul etməyə başlayıb. Mən Azərbaycana gələndə soruşurdum ki, bu gözəlliyi necə inşa etdiniz? Birinci xanım Mehriban Əliyevanın adı xüsusilə çəkilir. Bildirdilər ki, onun səyləri ilə şəhərsalma sahəsində, memarlıqla bağlı işlərdə böyük dəstəyi var. Bunu burada da görürəm, bu gün Qarabağda da bunun şahidiyəm. Demək ki, türklər olaraq biz bu böyük təşəbbüskarlıq ruhunu içimizdə daşıyırıq".
Səfir vurğulayıb ki, bu dinamizm cəmiyyətlərimizin sabaha daha inamla hazırlaşması, daha firavan bir dünyanı gələcək nəsillərə miras qoymaq üçün mühümdür:
"Bunun üçün hamımız birlikdə daha çox çalışmalıyıq. Hazırda Türk dünyası ilə birlikdə hərəkət edirik. Xüsusilə Türk dünyasındakı sahibkarların ortaq bir birliyi qurulub. Onun daxilində qadın komissiyaları da mövcuddur".
Digər Xəbərlər
19 Noyabr 2025 12:03
"Neftdən asılılığın azaldılması əsas prioritetdir” - Nazir
19 Noyabr 2025 11:58
Gələn il təqaüd alanların sayı 121 min nəfərə çatacaq
19 Noyabr 2025 11:46
Azad edilmiş ərazilərə ayrılmış vəsait açıqlandı
19 Noyabr 2025 11:44
"Dövlətin artan imkanları sosial təminatın gücləndirilməsinə şərait yaradıb" - Nazir
19 Noyabr 2025 09:44
“Bu halda heç bir müəllimin maaşı azalmır...” – İqtisadçı
18 Noyabr 2025 20:51
"Baku Electronics", "Kontakt Home"la bağlı TƏDBİR GÖRÜLDÜ
18 Noyabr 2025 09:48
Gələn ildən vətəndaşlara daha çox ƏDV ödəniləcək
17 Noyabr 2025 17:14


Bakı -°C

