Britaniya Belarusa qarşı sanksiyaları genişləndirir
Böyük Britaniya hökuməti Belarusa qarşı bəzi malların idxal və ixracını məhdudlaşdıran yeni sanksiyalar paketi tətbiq edib.
Bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Yeni sanksiyalar paketi Ukraynanın ərazi bütövlüyünə məhəl qoymayaraq Rusiyanın hərbi əməliyyatlarına fəal töhfə verən Prezident Aleksandr Lukaşenko və onun rejiminə iqtisadi təzyiqi artırır”, - deyə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib.
Sanksiyalar siyahısının yenilənmiş variantı hələ dərc edilməsə də, tətbiq edilən sanksiyalar Belarusdan qızıl, oduncaq, kauçuk və sement idxalına qadağa qoyur. Həmçinin Belarusa sənaye avadanlıqlarının, əsginasların, kimyəvi və bioloji silahların yaradılması üçün istifadə oluna biləcək malların tədarükünə də məhdudiyyətlər tətbiq ediləcək.
Digər Xəbərlər
26 Sentyabr 2026 20:00
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26 Sentyabr 2026 17:34
"İran nüvə silahına sahib ola bilməz" - Tramp
26 Sentyabr 2026 16:00
"İran rəhbərliyinin bir neçə gündə devriləcəyini hesab edirdilər" - Pezeşkian
26 Sentyabr 2026 14:00


Bakı -°C

