29 Iyul 2024 19:53
150
DÜNYA

Britaniyada kişi 8 nəfəri bıçaqlayıb

Böyük Britaniyanın Sautport şəhərində baş verən hücumda aralarında uşaqların da olduğu güman edildiyi 8 nəfər bıçaq yarası alıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mersisayd qraflığının polisi məlumat verib.

“Saat 11:50 radələrində kütləvi bıçaqlanma xəbərlərinə cavab olaraq Hart stritdəki evə yollandıq. Bir neçə yaralı var, əlavə təfərrüatlar mümkün olanda veriləcək. Polis bir nəfəri saxlayıb və ondan bıçağı götürüb. O, polis bölməsinə aparılıb”, - hüquq-mühafizə orqanlarından bildirilib.