30 Iyul 2024 10:10
100
DÜNYA

İlon Mask "Google"ni seçkilərə müdaxilə etməkdə günahlandırır

Amerikalı milyarder İlon Mask özünün X sosial şəbəkəsində yazıb ki, Google-nin ABŞ-da keçirilən prezident seçkilərinə  müdaxilə etməsindən şübhələnir.

 "Google Donald Trampı bloklayıb. "Prezident Donald Tramp"ı sorğu edirsən, "Donald Dak" və "prezident Donald Reyqan" axtatış variantları təqdim olunur"- deyə Maks bildirirb.

 Maks, Google-nin seçkilərə müdaxiləsi sübut olunarsa, onun ciddi problemlərlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

İlon Maks daha əvvəl bəyan etmişdi ki, prezident seçkilərində eks-prezident Donald  Trampı dəstəkləyəcək...

Rüstəm Hacıyev