30 Iyul 2024 10:14
105
DÜNYA

"İsrail "Hizbullah"a cavab verəcək"

İsrailin müdafiə naziri Yoav Qalant telefon danışıqları zamanı Pentaqonun şefi Llyod Ostinə bildirib ki, İsrail "Hizbulah" Holan yüksəkliyində yerləşən Mədjəl-Şəms qəsəbəsinə endirdiyi raket zərbələrinə görə, məsuliyyət daşıyır.

 Qalant bu zərbələrin arxasında İranın dayandığını iddia edir. Nazir, İsrailin şimal sərhədlərində təhlükəzliyin bərpa edilməsi üçün "Hizbullah"ın ciddi cavab alacağını bəyan edib.

 Holan yüksəkliyində yerləşən qəsəbəyə raket zərbəsi iyulun 27-də endirilib, ən azı 12 nəfərin həlak olduğu bildirilir.

 İsrail hərbiçilərinin məlumatına görə, zərbə "Hizbulah"ın arsenalında olan İranın Falaq-1 raketləri ilə endirilib. Baş nazir Netanyahu bəyan edib ki, "Hizbullah" hərəkatı bu zərbəyə görə, ciddi cəzalandırılacaq.

 "Hizbullah" təşkilatı bu hücuma aidiyyatı olmadığını bildirib. Livan hökuməti isə, dinc sakinlərə hücumu qınayıb.

 Rüstəm Hacıyev