30 Iyul 2024 10:09
105
DÜNYA

""Vaqner"çiləri azad etmək lazımdır"

 Xəbər verildiyi kimi, iyulun 28-də, Malidə  "Vaqner"n kalonuna hücum edilib. Qeyd olunur ki, onlara qarşı pusqu ərəb yaraqlıları tətəfindən qurulub. Bildirilir ki, kalonla hərəkət edən vaqnerçilərin hamısı məhv edilib. Daha sonra verilən məlumatlarda bir neçə vaqnerçinin əsir götürüldüyü bildirilir.

 Millətçi çıxışları ilə seçilən, Dmitri Roqozin Telegram-kanalında, təcili olaraq vaqnerçilərin azad oluması üçün hərəkətə keçməyi tələb edib.

 "Bütün mümkün variantlardan istifadə edərək, bizim oğlanları basmaçıların əsirliyindən qurtarmalıyıq. Onları vətənə qaytarmalı və qəhrəmanlar kimi qarşılamalıyıq"- deyə Poqozin qeyd edib. Senator həmçinin qətlə yetirilən vaqnerçilərin cəsədlərinin də qaytarılmasını və  hörmətlə dəfn edilməsini tələb edib.

  Rusiyanın da əcəb xasiyyətləri var. Min kilometrlərlə uzaqda olan Maliyə muzdlu əsgərlər göndərərək aranı qarışdırır, yerli əhaliyə divan tutdurur, onlara qarşı döyüşən yerli hərbiçiləri "basmaçı" adlandırır. On il Əfqanıstana qoşun yeritdi, qanuni hakimiyyəti devirdi, yüz minlərlə insanı qətlə yetirdi, onlara qarşı vuruşan əfqanlara da "duşman" damğası vurdu. "Xüsisi hərbi ıməliyyat" adı altında Ukraynaya hücum edib, ərazilərini işğal edib, on minlərlə dinc sakini qətlə yetirib, hələ onlara qarşı müqavimət göstərən Ukraynanın qanuni  silahlı qüvvələrini "nasit" adlandırır(?)...

  Rüstəm Hacıyev