30 Iyul 2024 12:20
55
DÜNYA

Paşinyan İranın yeni seçilən prezidenti ilə görüşüb -YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianla görüşüb.

Adalet.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei də Nikol Paşinyanı qəbul edib.

***

09:11

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedəcək.

Adalet.az xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Bagdasaryan bildirib.

    Qeyd edək ki, Pezeşkian iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda seçilib.

    Növbədənkənar seçkilər sabiq prezident İbrahim Rəisinin mayın 19-da vertolyot qəzasında həlak olmasından sonra baş tutub.