30 Iyul 2024 09:48
95
DÜNYA

Tramp FTB-yə ifadə verəcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp avqustun 1-də Pensilvaniyada ona qarşı sui-qəsd cəhdi ilə bağlı Federal Təhqiqatlar Bürosuna ( FTB ) ifadə verəcəyini təsdiqləyib.

Adalet.az xəbər verir ki, bu barədə o "Fox News" telekanalına müsahibəsində bildirib.

Bildirilir ki, belə hallarda qurbanların ifadəsi adi prosedurdur. 

Telekanalın məlumatına görə, atəş açan şəxs cinayəti törətməzdən əvvəl dövlət liderlərinə qarşı səs-küylü cəhdlər barədə məlumatları öyrənib. FTB bildirib ki, silahlı şəxs 2023-cü ilin yazından bəri odlu silahlarla bağlı 25-dən çox onlayn alış-veriş edib, həmçinin əldəqayırma partlayıcı qurğular hazırlamaq üçün komponentlər alıb.