adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2025 11:38
66
İDMAN
A- A+

Bu gün Tramp və Ronaldo arasında görüş olacaq

ABŞ prezidenti Donald Tramp bu gün Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo ilə görüşəcək.

Adalet.az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb. 

Nəşrin yazdığına görə, görüş 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatı ilə bağlıdır. 

Həmçinin ABŞ və Portuqaliya millilərinin DÇ-dən əvvəl yoldaşlıq görüşü keçirməsi də müzakirə olunacaq.