Bu iki xəstəliyin çarəsi tapıldı - Tibbdə yeni era başlayır

Xatırlayırsınızsa, keçən il insanın ilk gen xəritəsi tamamlanmışdı. Başadüşülən formada desək, artıq genetikamızda nəyin harada olduğunu bilirik və xəstəlikləri müalicə etmək üçün hissələri dəyişdirməyə başlaya bilərik.
Genomun dəyişdirilməsi texnologiyası CRISPR adlanır.
Adalet.az xəbər verir ki, Birləşmiş Krallıq CRISPR ilə 2 xəstəliyin müalicəsinə rəsmi olaraq icazə verdi. Bu tibbdə çox önəmli bir andır, tarixdir. Həmin xəstəliklər qan xəstəlikləridir: Oraq hüceyrəli anemiya və Talassemiya. Hər ikisi irsi xəstəlikdir.
Oraq hüceyrəli anemiya - qırmızı qan hüceyrələrinin anormal formada oraq formasını alaraq kiçik damarların tıxanmasına səbəb olur.
Talassemiya - genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulmasıdır. Talassemiya zamanı hemoqlobin istehsalında zülal çatışmazlığı baş verir.
CRISPR ilə genomun düzülüşündə dəyişikliklər ediləcək, lazım olan hissələr kəsiləcək və milyonlarla insan müalicə ediləcək. Həmin kəsmə proses "Cas9" adlı ferment ilə edilir (molekulyar qayçı).
Son kliniki araşdırmalar göstərir ki, bu üsul ilə 42 xəstədən 39-da işə yarayıb və 29 xəstədən 28-də 1 il boyunca hər hansı bir şiddət ağrı yaşanmayıb.
Qeyd edək ki, bu müalicənin çox bahalı olacağı deyilir.
Eminquey
Digər Xəbərlər

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Ötən il Azərbaycanda 31 körpə talassemiya xəstəliyi ilə dünyaya gəlib

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi həyata keçirilib - FOTO

Vətəndaş məmnunluğunun ünvanı - “Buzovna” Fizioterapiya Mərkəzi

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı - YENİLƏNİB

Elektron resepti yazmaq üçün həkimə hansı sistemlərə giriş lazımdır?

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
