Bu məmurların məktəbə direktor seçməyə mənəvi haqqı var?
Fotolara diqqətlə baxın: Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Qarabag Regional Təhsil İdarəsinin müdirləri - Arslan Hacıyev və Gündüz Əbdülov bölgənin məktəblərinə direktor seçimi aparırlar. Burada əslində maraqlı bir şey olmalı deyildi. Adamın sadəcə məktəb direkoru olacaq namizədlərə yazıqlığı gəlir. Təhsil sisteminə bu və ya digər şəkildə bağlı olmayan, təhsilləri və iş yerləri təhsil sahəsi ilə əlaqəsi olmayan politoloq və hərbçi hansı mənəvi haqla minlərlə şagirdin təhsil aldığı məktəblərə direktor seçə, müəllimin pedaqoji və idarəetmə kompetensiyalarına qiymət verə bilərlər? Bu şəxslər işlədiyi və təhsil aldıqları yüngül və hərbi sənaye sahəsində belə heç bir uğurları ilə yadda qalmayıblar. "Azərşəkər"də satış menecerindən o yana yüksələ bilməyən Arslan Hacıyev və hərbçilərin belə tanımadığı müharibə aparan ölkənin polkovniki Gündüz Əbdülov ixtisas və təcrübələrinə tam uzaq təhsil sahəsində nə yenilik gətirə bilərlər? Şübhəsiz ki, bu şəxsləri təhsil sahəsinə təyin edən insanda günah çoxdur. Lakin bəs bunların özlərinə nə gəlmişdi ki, bu təyinata razılıq verirdilər? Məndə isə sual yaranır: Bu təyinatları həyata keçirənlər necə açıq-aydın onsuz da uçurum qarşısında olan ölkə təhsilini aşağı yuvarlayırlar?
Mən artıq şübhələnirəm ki, bunların məqəsədi ölkənin genefondunu məhv etməkdir!
Kamran Əsədov
Digər Xəbərlər
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04


Bakı -°C

