“Cavid şeiriyyəti Mustafa Kamalı hər dəfə valeh edirdi...”- Mişkinaz xanımın xatirəsi
Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.
Atatürk: “İblis”dəki Elxan mənəm
Cavidin əsərlərini çoxları, demək olar ki, hamı sevə-sevə oxuyub, səhnədə tamaşa edib, hədsiz zövq alıb. Cavid nəinki Azərbaycanda, Azərbaycandan kənar qonşu ölkələrdə də sevilir.
İbrahim Əbilov Cavidə deyirmiş ki, mən Türkiyədə olanda Mustafa Kamal “İblis”i tamaşaya qoydurar və deyərdi: “Ordakı Elxan mənəm”.
“1921-22-ci illərdə Türkiyədə diplomatik korpusda tərcüməçi vəzifəsində çalışan Rza Təhmasib xatirələrində yazır: “Ankarada müharibə yetimlərinin xeyrinə verilən müsamirədə mən İblisin son monoloqunu qrimdə və kostyumda söylədim. Ani sükutdan sonra alqış səsləri salonu titrətdi... Bir neçə gün sonra məni Mustafa Kamal Paşanın məclisinə dəvət etdilər. Məclisdə Türkiyənin o zamankı ədib və şairləri də iştirak edirdilər. Atatürk məndən həmin monoloqu söyləməyi rica etdi... Cavid şeiriyyəti Mustafa Kamalı hər dəfə valeh edirdi. Belə axşamlar tez-tez təkrar olunardı. Məclisin “İblis”ə olan marağı getdikcə artırdı. Əsərin məzmununu dönə-dönə söylədər, çox vaxt bütün pyesi əzbərdən dedizdirərdilər. Həmin məclislərdə həm “İblis”in “Fust”la müqayisəsinin dəfələrlə şahidi olmuşam. Bəziləri hətta “İblis”ə üstünlün verərdilər”.
...Ümid edirəm ki, Cavidim gələcək, yaralı ürəyimə təsəlli verəcək. Göz yaşımı siləcək. Keçirdiyim günlərimi qələmə alacaq. Əfsuz ki, o yola gedən gəlməz imiş. Mən ən dəyərli bir evin sahibəsi, ən qiymətli bir alim ailəsi, oğul-qız anası bəxtəvər bir qadın idim.
...Xoşbəxt ailəmizi, şöləlu yanan çırağımızı görünməz xain əllər dağıtdı, qaranəfəslilər üfürüb söndürdü. 1937-ci il, 3 iyun. Həmişəki kimi şad və gülərüzlü Cavid saat 10-da “Salamat qal”-deyib evdən çıxdı. Hər günki kimi pilləkənin başına qədər aparıb yola saldı. Qayıdıb öz işimlə məşğul oldum...”.
Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn
Digər Xəbərlər
14 Sentyabr 2026 19:47
Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05
“Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”
10 Sentyabr 2026 10:57


Bakı -°C

