adalet.az header logo
  • Bakı -°C
06 Dekabr 2025 18:11
57
HADİSƏ
A- A+

Cəlilabadda baş verən yanğını polis əməkdaşları söndürdü - FOTO

Cəlilabad rayonunda baş verən yanğını polis əməkdaşları söndürüb.

Adalet.az xəbər verir ki, Cəlilabad rayon Heydər Əliyev prospektində, rayon polis şöbəsinin yaxınlığında yerləşən binanın balkonunda quraşdırılmış isitmə sisteminin alışması nəticəsində yanğın baş verib.

Vətəndaş Abdullayeva Sənubər Cabir qızına məxsus mənzildə baş verən yanğına ərazidə xidmət aparan Cəlilabad rayon polis şöbəsinin əməkdaşları şöbədə olan yanğınsöndürən balonlar vasitəsi ilə müdaxilə ediblər.

Qısa zaman ərzində yanğın məhdudlaşdırılıb və  ətraf mənzillərə keçməsinin qarşısı alınıb.

Vətəndaş buna görə polis əməkaşlarına təşəkkür edib.