Cənnət Tuğda görüşmək arzusu ilə... - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1692 | 2023-06-08 16:34

Çox hörmətli Asif Cahangirovun 75 yaşına

Öncədən deyim ki, onun  barəsində 2020-ci  ilin 27  sentyabrından  əvvəl  yazı yazmaq  mənim üçün  daha  asan olardı. Çünki o  vaxta  qədər   barəsində  indi  düşündüklərimi, şahidi  olduqlarımı  kağıza  köçürdüyüm   MÜƏLLİMİ qiyabi  tanıyır, uzaqdan-uzağa  bir  həmyerli  kimi izləyir, barəsində  oxuyub eşitdiklərimlə qürurlanmaqla  kifayətlənirdim! Bu qürur da məhz onun həmyerlim və bir də  həqiqətən MÜƏLLİM - ziyalı  olması  ilə  bağlı  idi...

Bu  gün Azərbaycanın ictimai həyatında  kifayət  qədər   özünü, yerini   və  nüfuzunu  təsdiqləmiş maarif-təhsil  fədailərindən biri də Asif Cahangirovdu. Asif müəllim haqqında yazmaq  qərarımı  içimdə  təsdiqləyəndə  ilk öncə  onun  şəxsiyyətini  tamamlayan səmimiyyətini gözümün önünə  gətirdim. Bu  da  səbəbsiz  deyildi. Necə  deyərlər, görüb və həm də  iştirakçısı  olduğum həyat gerçəkliyi  bunu  mənə  xatırlatdı...

Leksikonumuzda  belə  bir  ifadə  var, Ululardan gələn həmin ifadə belədir:

- Bir  nəfərdən  soruşurlar: - Qardaşın  necə  adamdı?

Həmin adam  tərəddüd  etmədən  birbaşa  cavab  verir:

- Deyə bilmərəm, çünki  yol yoldaşı  olmamışam!

Zənnimcə, dəyərli  oxucum, artıq  mənim  nəyə işarə  etdiyimi  anladı... Bəli, mənə  Asif  müəllimlə  yol  yoldaşı  olmaq  xoşbəxtliyi  NƏSİB  olub!!! Özü  də  bu  yol  MÜQƏDDƏS  ÜNVANA , yəni  QARABAĞA, cənab  prezidentin, Ali Baş Komandanın CƏNNƏT  adlandırdığı  TUĞ  kəndinə  aparıb  bizi!

Deməli, Qarabağın Xocavənd  ray

onunun Hadrut  qəsəbəsinə  və Tuğ  kəndinə  bu  bölgənin bir  qrup  ziyalısının səfəri  çərçivəsində  biz  Bakıdan  Prezident  Administrasiyasının təşkil etdiyi  görüşə  avtobus  karvanında  birlikdə  getdik... Həmin tarixi  gün hamımızın ömür  kitabına  və  yaddaşına  yazıldı... Əvvəldə  dediyim kimi, Asif  müəllimlə  olan qiyabi  tanışlıq  məhz  həmin gün professor, tibb elmləri  doktoru,  həkim, ən əsası isə coşqu  dolu ürək  sahibi olan  dostum Mübariz Əliyevin yol boyu  yaratdığı  canlı və isti  mühitlə əyaniləşdi... Mən  özümü doğmaların arasında   gördüm... Edilən  söhbətlər, xatırlanan  hadisələr  və  adamlar... Təbii ki, Tuğun keçmişi  və 30  ilin  həsrəti... Və  nəhayət  bu  QAYIDIŞ!! Üstəlik də  bu Qayıdışın  pık  ANI - Hadrutda  və Tuğda  cənab prezidentlə  üz-üzə görüş, söhbət və gəzinti!!!

Bu gün də əlimi ürəyimin üstünə  qoyub Allahın  və Vicdanımın qarşısında sözün  bütün  mənalarında  deyirəm ki, Həmin GÜN  MƏN  YENİDƏN  DOĞULDUM!!!  Və yenidən doğma  kəndimi, CƏNNƏT  olan  TUĞU  övlad kimi hər  halı ilə sevdim!

Elə  indi  də  həmin səfəri, orada  edilən söhbətləri , lentə köçürülmüş  şəkilləri  xatırladıqca Asif  müəllimin Qarabağla, Tuğla  bağlı  ölkə  rəhbərinə  söylədiklərini, həmçinin təkliflərini  yaddaşımda  təzələyirəm. Çox  peşəkarlıqla, ağsaqqal  təcrübəsi  ilə  öz  fikirlərini  çatdıran Asif  müəllim təkcə  keçmişdən, tarixdən  deyil , həm də Hadrutun, Tuğun  bu  günündən, sabahından da danışmaqla  bu  ərazinin perspektivlərini qabardırdı... Bax, bu mənim  üçün  Asif  müəllimin dövlət  və  xalq  adamı  obrazının  bir  çaları  idi. Yəni  Asif  müəllim olmuşları xatırlatmaqla, edilməli  olanları  da məqamdan istifadə  edib prezidentə çatdırmağı özünə  bir  vətəndaş, bir  övlad  borcu  bildiyini gizlətmədi... Ona  görə də  bu anların şahidi  olanlar  bir  az da  özlərini   toparladılar   ... Asif  müəllimin verdiyi  impuls  bizim də dilimizi  "açdı"...

Səfərdən qayıdarkən (elə  gedəndə  də - Ə.M.)  yemək  zamanı  Asif  müəllimin məclis  əhli  olduğunun da  şahidinə  çevrildim. Yəni, Asif  müəllim ağsaqqal  rəhbərliyini  buradakı  hər  kəsə  incə  ştrixlərlə  ötürürdü... Ona  görə də hər birimizin yaşadığımız xoşbəxt anların yaratdığı  müsbət  emosiya  bu  məclisdə  ölçülərin pozulmasına  səbəb olmadı...

Edilən söhbətlər, zarafatlar, hətta  lətifələr belə hər  birimizin könlünü  oxşadı... Mən o  gündən  başlayaraq   həyatımın Asif Cahangirovunu  kəşf  etdim!

İndi Asif  müəllimin 75  yaşı ilə  bağlı  bu  yazını  sizə  təqdim edəndə  mövzuya  bu  qədər  uzaqdan  başladığım üçün yəqin ki, məni  qınamazsınız!  Çünki  məhz  həmin səfərdə  mən həmkəndlimi, Qarabağlı aydınımı, MÜƏLLİMİ   yaxından tanıdım! Onun  hər  kəsə  məlum olan fəaliyyət  və  xidmətlərindən  başqa  bir  ŞƏXSİYYƏT  kimi  iç dünyasını  gördüm! Bildim ki, Asif  Cahangirov layiq  görüldüyü  bütün  titulları  ilə, çalışdığı  vəzifələri  ilə yanaşı, həm də MÜƏLLİMDİ!!! Təhsilin, maarifin, məktəbin, sinfin  və  bunları özündə birləşdirib sabahımıza  çevrilən ŞAGİRDİN MÜƏLLİMİ!

Mən, artıq  soruşan olsa Asif  müəllimin  kimliyini   tərəddüd  etmədən deyə  bilərəm! İndi isə onu  ömrün 75-ci  ili münasibəti ilə təbrik edir, can sağlığı və  özünün ürəyincə  olanları ona  Allahdan  diləyirəm! Və  sonda  demək istəyirəm ki, Asif  müəllim, sözümüz  sözdü! Mən öz   yükümü  unutmuram... Görüş yeri  yadımdadı... Zaman seçimi  Sizdən  asılıdı...

Və bir daha TƏBRİKLƏR!! Və  bir  daha CƏNNƏT  TUĞDA  görüşmək  arzusu  ilə ...

TƏQVİM / ARXİV