adalet.az header logo
  • Bakı -°C
20 Iyul 2026 20:19
128
ƏDƏBİYYAT
A- A+

CƏNNƏTDƏKİ MÖVLUDUN MÜBARƏK LAÇINLI FƏRİD 

Fərid İbad oğlu 20 .07.1999 -cu il dünyaya göz açıb. Əslən Laçının Hacılar kəndindən olan igid vətən oğlu  bircə dəfə də olsun o dilbər yurdda  qəlbində bir and yaşadırdı:nə  olur olsun,Vətəni mənfur düşmənin  tapdağından azad  etmək zamanı gələndə əlinə silah alacaq və  son nəfəsinə qədərdöyüşəcək.  . Elə də oldu. 

Fərid İlyasov 2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbinin birinci  sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun  28 May qəsəbəsində yerləşən  306 saylı məktəbdə davam etdirib.  2017-ci ilin iyul ayında Laçın Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.  Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmətini başa vurduqdan sonra hərbiçi kimi fəaliyyətini davam etdirib. Daha sonra Naxçıvan Xüsusi Təyinatlı Dəstəsində  xidmətə başlayıb.
 2020-ci ilın sentyabrında başlayan Vətən Müharibəsinin on ikinci günündə Naxçıvandan Qarabağ cəbhəsinə  göndərilib.  Fərid İlyasov 30  oktyabr 2020-cil ildə şəhidlik zirvəsinə ucalıb. Bilirdim ki,Fəridimin atası İbad kişi  xeyli müddətdir ki,müalicə alır və vaxtının çoxunu  Laçında keçirir.Mərasim başlamazdan əvvəl  bir kənara çəkilib hal-əhvalını soruşdum. Sonra da Fəridlə bağlı yeni bir xatirəsi və ya indiyədək eşitmədiyim bir məlumatın olub-olmadığını öyrənmək istədim. 

İbad İlyasov:’’Jalə xanım,2025- ci ilin dekabrında Fəridin şəhid olduğu məkana getdim.  Ordan Şuşaya təxminən  bir kilometr   məsafə var. Hələ də inana bilmirəm ki,uşaqlar həmin yerdə şəhid olub.Fəridin döyüş  yoldaşı ilə Sığnaq kəndinin postu deyilən əraziyə  getdik. Bu gün də mənə   müəmmalı qalıb ki, onlar ora necə çatıblar. Oradan qəlpələr və patronlar  gilizləri tapdım  və gətirib Fəridin ev muzeyinə verdim. Artıq  dörd ildir ki,Laçında  yaşayıram. Səhhətimlə bağlı dializ  müalicəsi aldığım üçün  son vaxtlar daha çox Bakıda  oluram. ‘’

Hər zaman olduğu kimi bu il də anım mərasimi şəhidlərimizin  əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi duruşu və Dövlət Himnimizi səsləndirilməsi iləbaşladı.   

Bu gün də çox həyacanlı idim. Yaşları əlliyə çatmamış şəhid analarının solğun çöhrəsinə,həsrətin yükündən  beli bükülsə də,vüqarını  itirməyən  əziz ataların simasına baxmaq böyük ürək istəyir. 

Anım mərasimində Fərid İlyasovun dayısı Faqət İbrahimov,Mirəli Quliyev , Abşeron Rayon İcra Hakimiyyəti   başçısının  müavini Gülnar  Rəhimova ,şəhid Rəşad Zeynallının anası Hafizə xanım,atası Qyas Zeynallı və digər şəhid ailələrinin nümayəndələri çıxış etdilər.  Xiyabanda mərasimin sonunda müəllifi olduğum ‘’Şirin ömür  payım Vətənə qurban’’  kitabını Fərid İlyasovun  Bakıdakı ev muzeyinə,eləcə də Fəridin dayısı  Faqət İbrahimovun  təşəbbüsü ilə Laçında  inşa edilən və bütün şəhidlərimizin xatirəsini yaşadacaq  Şəhidlər Muzeyi üçün hədiyyə etdim. Beş şəhidimizin ömür və qəhramanlıq yolundan bəhs edən bu kitabın həmin müqəddəs məkanda öz yerini alacağına inanmaq mənə xüsusi təsəlli verdi.  

Mərasim çay süfrəsi  arxasında   din xadimlərinin duaları və  kəlamları ilə davam etdi.Tədbirdə əslən Cəbrayıldan olan, şəhidlərimiz haqqında  17 kitabın  müəllifi 73 yaşlı şairə Elmira  Aslanxanlı Turan  Fərid İlyasovun  əziz xatirəsinə həsr etdiyi şeiri öz ifasında   səsləndirildi. Dərin duyğular doğuran həmin  şeiri oxucularımıza da təqdim edirik.  

ÖLÜMSÜZ  ŞƏHİDİM, LAÇINLI FƏRİD

Laçın dağlarının igid oğlusan,
Vətəni, torpağı candan sevmisən.
Elə sevgin üçün, Fərid, könüllü,
Qırx dörd gündə Vətən deyib getmisən.

İgidlik edərək, öndə gedərək,
Heçə-neçə yanı yan üstə qoydun.
İyrmi səggizinə ölün deyərək,
İt leşi tək leşi leş üstə qoydun.

İgidlik göstərdin,ərlik göstərdin,
Şuşa dağlarında, ay cəsur Fərid.
Dağ yollarının yolun göstərdin,
Səninlə döyüşən gənclərə, Fərid.

Adını tarixə yazdın şərəflə,
Şəhidlik şərəfdi, şəhid Fəridim.
Anan sızlasa da deyir fərəhlə,
Ölümsüz şəhiddir mənim Fəridim.

Laçında qoyular sənin heykəlin,
Önündən keçərək gedən əsgərə.
And yeri olacaq sənin heykəlin,
Ay mənim ölümsüz Şəhid Fəridim.

ELMİRA ASLANXANLI TURAN
19.07.2026

Vətən oğullarının əziz ruhu qarşısında baş əyirik.
Jalə Cəfərova. Yazışı-publisist,filologiya üzrə fəlsəfə  doktoru.