“CinemaPlus”da “Bundan sonra. Hər zaman” filminin romantik üslubda təqdimatı keçirilib - VİDEO
“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında amerikalı yazıçı Anna Toddun kitabı əsasında “Bundan sonra. Hər zaman” filminin son hissəsinin premyeradan öncə nümayişi keçirilib. Çoxdan gözlənilən melodram janrında film dünyada milyonlarla pərəstişkarı olan, kommersiya baxımından ən uğurlu müstəqil kinofranşizalardan biridir.
Tessa ilə mübahisədən qurtulmaq və keçmişinin səhvlərini düzəltmək üçün Hardin Atlantik okeanı sahillərində günəşli Lissabona yollanır. Tamaşaçıları Portuqaliyaya romantik səyahət gözləyir.
Son film bütün pərəstişkarların uzun zamandır izlədiyi Tessa və Hardinin sevgi hekayəsinin taleyini bəlli edəcək. Görəsən, bu nağılın sonu necə olacaq?
Əvvəlki hissələrin ənənələrinə uyğun olaraq, bu film də vizual olaraq parlaq və qəşəngdir, Portuqaliya mənzərələri isə öz təravəti ilə ona dərinlik qatır. Franşiza heç vaxt bu qədər gözəl görünməmişdi!
Filmin rejissoru Kastill Lendondur. Baş rollarda Cozefina Lenqford, Hiro Fayns-Tiffin, Luiza Lombar, Stiven Moye, Cessika Vebber, Kora Kirk və başqaları çəkiliblər.
“Party Time” dekor şirkətinin dizaynı və işıqlandırılması, “A1” rəqs qrupunun parlaq şousu “CinemaPlus”da keçirilən gecəyə romantik ab-hava qatıb.
Həmçinin, tədbirin təşkilində “VOЛЬGА” kino şirkəti, “Cinema Distribution”, “Brand Media Groups”, foto və video “Light in Black” kreativ şirkəti, MADO restoranı, “Чёткая” Organic” vodka və “Red Bull” dəstək göstəriblər.
Tədbir filmin nümayişi ilə başa çatıb.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Digər Xəbərlər
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14


Bakı -°C

