Co Baydenin hərəkətləri səmimiyyətdən xəbər vermir -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
746 | 2024-11-19 16:22

ABŞ prezidenti Co Baydenin gedən ayaqda Ukraynaya uzaqməsafəli amerikan ATACMS raketləri vasitəsiylə Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verməsi, onun hakimiyyəti yeni prezident Donald Trampa sülh yolu ilə ötürəcəyi  ilə bağlı verdiyi  bəyanatla  üst-üstə düşmür.

Rusiya ərazilərinin uzaqməsafəli amerikan silahları ilə vurulmasına razılıq verməsi bir daha göstərir ki, Bayden sözlərində səmimi deyil. Çünki, bu icazənin verilməsi, tərəflər arasında konfrantasiyanı daha da artlrmağa və hətta  birbaşa Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb ola bilər.

Belə olan halda, Ukrayna münaqişəsinin həllinə çalışan Donald Trampın inaqurasiya mərasiminədək vəziyyət daha da gərginləşə bilər. Bu isə, hakimiyyətin Donald Trampa sülh yolu ilə ötürülməsindən çox, Bayden tərəfindən yeni seçilmiş prezidentə qarşı sabotaj kimi qiymətləndirilməlidir.

Co Baydenin qərarı  yeni administrasiyanı çox çətin duruma salacağı və hətta Trampın seçki marafonunda verdiyi vədin yerinə yetirilməsini mümkünsüz edə biləcəyi şübhə doğurmur. 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin dəfələrlə bəyan etmişdir ki, ölkəsinin ərazilərinə NATO-ya üzv dövlətlərin silahları ilə hücumlar, həmin dövlətlərin Rusiya ərazilərinə hücumları kimi qiymətləndiriləcək və bu ölkələrə adekvat-hətta lazım gələrsə  taktiki nüvə silahları ilə cavab veriləcək. 

Amerikan siyasətçilərin əksəriyyəti Co Baydenin belə bir qərarı sanksiyalaşdırmasının ABŞ Konstitudiyasının  pozulması əlamətləri olduğunu bəyan edirlər. Lakin, artıq "cin küpdən buraxılıb".  Amerikan siyasətçilərinin nə deyəcəyi heç bir əhəmiyyət kəsb etmir. Ukrayna uzaqməsafəli raketlərlə Rusiyanın dərunliklərinə, hətta paytaxt Moskvaya zərbələr endirməyə hazırlaşır. Bu gün aldığımız məlumatlara görə, (Lenta.ru) ötən gecə Ukraynanın silahlı qüvvələri Rusiya ərazilərinə amerikan istehsalı olan ATACMS raketi atıb. Bununla bağlı Rusiyanın müdafiə nazirliyinin məlumatında bildirilir ki, Moskva saatl ilə, gecə saat 3:25-də Rusiyanın Bryansk vilayəti istiqamətində atılan ATACMS raketlərundən 5-i S-400 senit raket sistemləri vasitəsiylə məhv edilib, biri isə zədənəlib.

 

TƏQVİM / ARXİV