Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
Həkimlər kababın xərçəng riski ilə əlaqəsini araşdırıblar. Araşdırmanın nəticələri göstərir ki, əsas risk ətin özündən deyil, onun yüksək temperaturda və açıq alovda bişirilməsindən qaynaqlana bilər.
ABŞ-ın Minnesota Universitetinin alimlərinin apardıqları tədqiqat açıq alovda bişirilən ətin sağlamlığa mümkün təsirlərini qiymətləndirib. Mütəxəssislər bildirirlər ki, çox yüksək temperaturda bişirmə zamanı xərçəng riski ilə əlaqələndirilən bəzi kimyəvi birləşmələr əmələ gəlir.
Araşdırmaya görə, ətin açıq alovda bişirilməsi zamanı heterosiklik aromatik aminlər və polisiklik aromatik karbohidrogenlər adlı maddələr yaranır. Bu birləşmələr xüsusilə yaxşı qızardılmış və ya yanmış ət hissələrində daha çox müşahidə olunur.
Alimlər qeyd edirlər ki, həmin maddələr DNT-də dəyişikliklərə səbəb ola bilər və bu da uzunmüddətli perspektivdə bəzi xərçəng növlərinin yaranma riskini artıra bilər. Tədqiqat çərçivəsində onların prostat hüceyrələrinə mənfi təsir göstərə biləcəyi də vurğulanıb.
Mütəxəssislər xatırladırlar ki, ətin həddindən artıq istehlakı ilə xərçəng riski arasındakı əlaqə əvvəllər də müxtəlif araşdırmalarda qeyd olunub. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) məlumatına əsasən, emal olunmuş ətin çox istifadəsi hər il dünyada on minlərlə xərçəngdən ölüm halı ilə əlaqələndirilir.
Bununla yanaşı, tədqiqat müəllifləri ətin qida rasionundan tamamilə çıxarılmasını tövsiyə etmirlər. Onların fikrincə, əsas məsələ ətin normada istehlak edilməsi və yüksək temperaturda, xüsusilə açıq alovda həddindən artıq bişirilməsindən çəkinməkdir.
Qeyd edək ki, daha əvvəl Kanadada aparılan araşdırmada isə kabab hazırlanarkən istifadə olunan bəzi otlar və ədviyyatların tərkibindəki antioksidantların ürək-damar xəstəlikləri, insult, artrit, katarakta və bəzi xərçəng növləri daxil olmaqla yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edə biləcəyi bildirilib.
Digər Xəbərlər
14 Avqust 2026 17:42
Demensiyasız həyat üçün bunu edin
13 Avqust 2026 16:09
Azərbaycanda 9 nəfərdə "qarayara" aşkarlandı - BİRGƏ MƏLUMAT
13 Avqust 2026 09:30
Samuxda kütləvi zəhərlənmə
10 Avqust 2026 11:17
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
10 Avqust 2026 09:13
Bu 3 faktor demensiyanı 13 il gecikdirir
09 Avqust 2026 00:51
Dünyada 2,2 milyard insanın görmə problemi var
08 Avqust 2026 15:58
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər
07 Avqust 2026 09:31


Bakı -°C

