Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı
Perunun paytaxtı Limada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
Bu barədə Perunun səhiyyə naziri Xorxe Lopes məlumat verib.
“Xəstə dünən bütün laborator müayinələrdən keçib, nəticədə onun meymunçiçəyi xəstəliyinə yoluxduğu təsdiqini tapıb. Yoluxmuş şəxs əcnəbidir, hazırda o təcrid olunub, vəziyyəti stabildir”, - deyə Perunun səhiyyə naziri vurğulayıb.
Qeyd edək ki, meymunçiçəyinə yoluxma artıq 60-a yaxın ölkədə təsdiqlənib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib.
Digər Xəbərlər
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
12 Sentyabr 2026 10:02


Bakı -°C

