“Dergizan. I Azərbaycan sənət görüşü”
Bakıda Türk Sənət Akademiyasında türk dünyasından olan bir qrup şair və yazıçının iştirakı ilə “Dergizan. I Azərbaycan sənət görüşü” tədbiri keçirilib.
Türkiyənin “Dergizan” jurnalının təşkilatçılığı ilə baş tutan tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova qonaqları səmimi salamlayıb.Türkiyə-Azərbaycan birliyinin möhkəm təməllər üzərində pərvəriş tapdığını bildirib ,şairlərimizin dostluğumuza,qardaşlığımıza həsr olunan şeirlərindən bədii nümunələr səsləndirib. Dünya Sənətçilər Dərnəyinin sədri, “Dergizan” jurnalının təsisçisi və baş redaktoru Ramazan Karataş Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin köklərinin dərin və sarsılmaz olduğunu vurğulayıb.O, bu birliyin yalnız keçmişə deyil, ortaq gələcəyə də xidmət etdiyini bildirib.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət – iki dövlət” ifadəsini xatırladan Ramazan Karataş hər iki ölkənin ortaq köklərə, dil, din birliyinə, oxşar mədəniyyət, adət və ənənələrə malik olduğunu deyib. O, tədbirin Türk dünyasının mədəniyyətinin, ədəbiyyatının, dilinin inkişafı, eləcə də ədəbi əlaqələrin zənginləşməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dərnək sədri iki qardaş ölkə arasında ədəbi körpülərin tarixən güclü təməllər üzərində formalaşdığını və bu istiqamətdə jurnal nəşrlərinin - xüsusilə “Dergizan”ın aparıcı rol oynadığını söyləyib.
Ramazan Karataş “Dergizan” jurnalının yaranma tarixi,yaradıcılıq sahəsinə verdiyi töhfələr barədə məlumat verərək, Azərbaycanın tanınmış qələm sahiblərinin şeir və yazılarının mütəmadi olaraq sözügedən nəşrdə dərc olunduğunu bildirib. Bədii hissədə söz və sənət sahibləri “Dergizan” jurnalında çap olunmuş sevilən şeirlərini səsləndiriblər. Sonda “Dergizan” jurnalında şeir, məqalə və yazıları çap olunmuş iştirakçılara sertifikatlar təqdim olunub.
Sevindirici haldır ki, bizimlə sıx əməkdaşlıq edən Naxçıvan Dövlət Milli Teatrının ədəbi hissə müdiri,teatrşünas Adilə Səfərova da “Dergizan. I Azərbaycan sənət görüşü” adlı tədbirdə iştirak edib.
Digər Xəbərlər
15 Dekabr 2025 13:13
“Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
14 Dekabr 2025 18:14
XUDU MƏMMƏDOV - 98
10 Dekabr 2025 16:57
Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib
10 Dekabr 2025 13:09
Müxlis Cənizadənin xatirə günüdür
10 Dekabr 2025 12:29
Rza Rzayev: “Elə şərtlərlə fəaliyyət göstərəcəklər ki…”
10 Dekabr 2025 09:56
Türk Mədəniyyəti və İrsi Fondu ICESCO ilə memarandum imzaladı
09 Dekabr 2025 18:40
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
09 Dekabr 2025 14:19


Bakı -°C

