Dost yazısı - İradə Tuncay yazır

İRADƏ TUNCAY
84 | 2025-06-26 09:02

Mürəkkəb  dövrə  qədəm qoymuşuq. Lap tüfəngin  yarandığı  vaxt  kimi...Koroğlu kimi şikayətlənməyim gəlir... Yazını da   süni intellekt yazacaqsa ---kimin-kim  olduğu hardan bəlli olsun?Əhəmiyyəti  olacaqmı şikayətlərin ??? 

Şəxsi yaddaş və xatirələr necə olsun ???  Yaddaşın hər  qatında hardasa  gizlənib  qalmış  nələrisə  hardan  biləcək bu  “intellekt” ?

Eyni  yaşda  olan,  eyni  dövrdə formalaşmış insanların qəlbindəki  hissləri necə  oxuyacaq ???
Şəxsi  olanı...

Yaqutu  neçə illərdi tanıyıram --əvvəl  anamla  yaxınlığından ,sonra  Yaqutun  qızı  ilə yaxınlığımdan... Ən  sonda özümüz  yaxınlaşa bildik...

Yaqut  dost  olmağı bacaran ,ünsiyyəti sevən insandı... Və düşünürəm ki ,birinci  addımı o atıb bu münasibətlərdə ...

Dedim ki, eyni  dövrün insanlarıyıq...  Dövrün  qarışıqlıqların da , faciələrin də ,xoş  günlərin də  yaşamaq  eynən ikimizn də payına  düşüb . Amma  Yaqut  çox  zəhmətkeş olub. Bu  fədakar zəhmətsevərlik onu elm yollarında  üstün  mövqelərə  gətitirib çıxara bilib.  

Və  müharibə...Bu mövzu da son  vaxtlar  həyatımıza öz  dağıdıcı , möhürünü  vura  bilib. Qaçmaq  istəsək  özü  gəlib  yaxınlaşır bizə...Ağrılı  bir  məhsuldarlıq yaradır... Çox  sevdiyi  Şirvan  eli, ədəbiyyatı,Şirvanın “Ölümü ömür “ seçən  igid oğullarından  çox  yazır  Yaqut...Və  başqa  cür  də  ola  bilməz  deyə düşünürəm...

Təmtəraqlı sözlər ,tost – təriflər  olmasa da Yaqut Bahadur qızı Əşrəfova dost  sözünün bütün  ağırliğını daşıya  bilən  insandır. Allah  balalarını da ,nəvələrini də pənahında saxlasın ....


 

TƏQVİM / ARXİV