Dünyada təşviş yaradan xəstəlik: Azərbaycanda vəziyyət necədir?
Dünyada və qonşu dövlətlərdə qızılca sürətlə yayılmağa davam edir. Qeyd edilir ki, xəstəliyin fəsadları daha ağır formada özünü göstərir.
Bəs Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir, qarşısı necə alınır?
“Trend”in suallarını cavablan infeksionist Mərdan Əliyev qeyd edib ki, qızılca çox təhlükəli bir xəstəlikdir və ona qarşı peyvənd olunması mütləqdir.
“Hansı ölkələrdə qızılcaya yoluxma baş verib, sürətlə yayılırsa, bu o deməkdir ki, həmin ölkələrdə peyvəndlənmə zəif səviyyədə aparılır. Qızılca çox təhlükəli bir xəstəlikdir və peyvənd olunmaq çox vacibdir. Bu xəstəliyin qarşısını almağın tək yolu peyvəndləmədir. Digər xəstəliklərdən fərqli olaraq yoluxduruculuq qabiliyyəti həddən artıq çoxdur. Əgər sinifdə bir uşaq qızılcaya yoluxubsa və digər uşaqlar peyvənd olunmayıblarsa, bütün hər kəs yoluxacaq.
Azərbaycanda qızılca peyvəndi uşaqların rutin peyvəndlənmə siyahısına daxildir. Bu səbəbdən hər hansı bir təhlükə olacağını düşünmürəm. Bir-iki yoluxma halı ola bilər. Lakin epidemik səviyyədə qızılcaya yoluxma halları yaşanmır”, - deyə M.Əliyev bildirib.
Səhiyyə Nazirliyindən isə “Trend”ə verilən məlumata görə, hazırda ölkədə qeyri-adi simptomları olan viruslu infeksiyalar yayılmayıb.
“Ölkədə qeyri-adi simptomları olan viruslu infeksiyaların xüsusilə uşaqlar arasında yayılması müşahidə olunmur”, - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
05 Aprel 2026 10:36
Hər gün yaz göyərtisi yeyin
04 Aprel 2026 13:52
Yazda bir çox xəstəliklər yenidən oyanır...
04 Aprel 2026 09:04
Həkimlər deyir ki...
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51
Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
01 Aprel 2026 10:14
Təzyiqin səbəbləri BUNLAR ola bilər
30 Mart 2026 23:00


Bakı -°C

