adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Iyun 2016 16:16
132592
RUBRİKA

Dünyanın qara üzü: "Aramızdakı vampirlər"

Vampirlər – ədəbiyyat,incəsənət bu varlıqlar haqqında elə vahiməli, hətta qorxunc cazibəli obrazyaradıb ki, XXI əsrin insanı belə bu adı eşidəndə üşənir. Halbuki bu varlıqlar ŞərqiAvropanın öncə cahil kəndlilərindən yayılıb, daha sonra şəhər əfsanələrinin qəhrəmanlarınaçevriliblər.  İnsanların qorxu hissləriüzərində şöhrət tapıb qazanc götürənlərə isə bundan münasib fürsət ola bilməzdi.Odur ki, dünya xalqlarının folklorundan qaynaqlanan vampirlər ən skeptikxalqların da ədəbiyyatında, mədəniyyətində, təsviri incəsənətində özünə asanlıqlayer edə bilir. Amma biz "Dünyanın qara üzü”ndə gecə vaxtı məzarlardan çıxıb gün çıxanadək insanlarınqanını içən fövqəlvarlıqlardan deyil, onların real forması olan enerji vampirlərindənbəhs edəcəyik. 

Əvvəlcə onu qeyd edək ki, hər bir insanın ətrafında nizamlı zərrəciklərdənibarət aura mövcuddur. İnsan aurasının müsbət və ya mənfi olması isə çoxzaman özündən asılı olur. Məsələn, xoşxasiyyət olmaq, gözəllikləri görə bilmək,həsəd hissindən uzaq durmaq, sevdiyin işlə məşğul olmaq, həyatı sevgi doluyaşamaq və s. insanın aurasını müsbət edir. Bunun əksi isə auranı formalaşdıranzərrəciklərin nizamını pozduğu üçün auranı mənfi istiqamətə yönəldir, hətta ənqorxulusu onda "dəlik”lər yaradır ki, bu da insanı vampirlərin potensial şikarına çevirir. Çünki enerji vampirləri zərrəciklərin qarışmasından yarananpozuntunu şüurlu və ya qeyri-ixtiyari dərhal hiss edirlər. Yəni bayquş kimiovları öz ayağı ilə qarşısına çıxır. Vampirlərin özlərində enerji azlığı olduğuüçün, onlar orqanizmlərini başqalarının hesabına təmin edirlər. Xüsusən dəneqativi özlərinə çəkib, vücudlarında müsbətləşdirirlər.  


Enerji vampirləri kimlərdir?


Onların bəziləri kim olduqlarından xəbərsizdirlər, hərəkətlərişüuraltı olaraq həyata keçir. Amma adətən, enerji zəliləri "həyat amal”larındanyaxşı xəbərdar olduqları üçün daim ova çıxırlar. Enerji vampirləri mifolojivampirlər kimi üzdən asanlıqla bəlli olmurlar. Hərçənd qaniçən vampirlər də ədəbiyyatda,filmlərdə çox cazibədar təsvir olunurlar, yalnız şikarına hücum etdiklərizaman köpək dişləri, dırnaqları uzanır, gözləri qorxunc rəngə çalır.Amma real vampirlərdə belə hallar baş vermir. Sadəcə gözəllik məsələsindəmifologiya, eləcə də ədəbiyyat yanılmayıb. Onlar həqiqətən də çox gözəlgörünüşlü insanlar olurlar, elə vampirləri təhlükəli edən ilk məqam da budur.Çünki gözəl insan ətrafa xoş təsir bağışladığına görə, hər kəs ona can atır vəbeləliklə də onun tələsinə düşürlər. Enerji vampirləri gözəllikdən əlavə həm də baxımlıolurlar. Onların səliqəli geyimləri, məlahətli səsləri, cinsinə uyğun olaraqxarizmatik hərəkətləri olur. Cəsarətli davranışları, şux yerişləri, şaqraq gülüşləri, işvə-nazları ilə diqqətləri üzərinə çəkirlər. Evli, nüfuzlu vəzifə sahibləri olmalarına baxmayaraq, daim əks cinsin marağında olmaq istəyirlər. Bunu çox vaxt əxlaqsızlıqla qarşıdırırlar, amma əksinə, vampirlər əxlaqsız olmurlar, onların mütləq qəlbinə hakim kəsilən tək məhəbbətləri olur. Elə başqalarının enerjisini sorub daim cavan, gözəl, gümrah qalma istəklərinin bir səbəbi də hənim şəxsə görə olur. 


Qurbanı necə seçirlər?


Enerji vampirləri qurbanlarını dərhal hiss edirlər. Adətən, həyatındannarazı, kədərli, uğursuz insanları tapır və özlərini "dost” kimi qələmə verirlər.Daha sıx-sıx belə adamlarla vaxt keçirirlər, çünki əsas "qida” mənbəyionlardır. Qarşı tərəfin bikefliyindən, acizliyindən yararlanırlar. Onlarbaşqalarının dərdinə şərik olur, insanlara kömək etmək istəyi altında pərdələnirlər.Adətən, qonaqpərvər olur, insanlarla ünsiyyətdə olmağı sevirlər. Beləlikləseçdikləri qurbanın ətrafında olmaqla, onun olan-qalan enerjisini də sorurlar. Tezlikləqurbanın ünsiyyət zamanı enerjisi tükənir,psixi cəhətdən yorulur, hətta fiziki ağrılar və narahatlıq, baş ağrıları yaranır,xroniki xəstəlikləri şiddətlənir. Bəzən vampirlər uzun müddət şikar seçəbilmirlər. Bu isə onları həmişəkindən daha aqressiv edir. Fikir vermisinizsə, ətrafınızdaolan gözəl, mehriban, həmişə xoşxasiyyəti ilə seçilən insanlar birdən aqressivləşirlər.Səbəb isə uzun müddət "ac” qalmaqlarıdır. Onlara təcili qurban lazımdır. Beləolduqda vampirlər özləri üçün qurban yaradırlar. Həyatında hər şey qaydasındaolan insanlara "hücum” edirlər. Məsələn, nələrdən xoşu gəlmədiyini yaxşıbildiyi iş yoldaşına, qonşusuna, qohumuna kökəldiyini, bədən quruluşunun dəyişdiyinideyirlər, həyat yoldaşı ilə bağlı beyninə şübhələr salırlar, onların daha yaxşıhəyata layiq olduğunu deyib hazırki şəraitindən diksindirirlər. Bir sözlə,seçdiyi qurbanı həyatdan küsdürəcək, ağladacaq, dərdə salacaq hər şeyi edirlər.Qurban içindəki dərdləri töküb ağladıqca canıyanan görünüşlü vampirin içindəgüllər açır. Xüsusən vampirlər başqalarının xoşbəxt həyatını korlamaqdan zövqalırlar. İstər kişi, istərsə də qadın olsun evli insanlara meyil göstərirlər. Tərəf-müqabilini özünə bağlayandan sonra ayrılırlar, çünki artıq istədiklərini əldəediblər. Dost, qardaş, qohum arasını vurmaqda pərgardılar. Kişi vampirlər ikibacını, rəfiqəni özlərinə bilərəkdən aşiq edirlər, qadın vampirlər daha irəligedirlər: ata və oğul məhəbbətindən bəhrələnirlər.


Vampirləri necə tanımalı?


Yuxarıda qeyd etdiyim kimi bu, heç də asan olmur. Çünki hər gözəl,mehriban insana, dərdə şərik canıyanan dosta da vampir damğası vurmaq olmaz. Vampirlər,dünənə qədər sənə salam verməyib, qəfil dost olan adamlar tipinə aiddir. Dünya-aləmveclərinə olmadığı halda birdən insanların dərdinə şərik çıxmaq həvəsinə düşürlər.Onları ən əsas ələ verən gözlərdir. Çünki insan qəmlənəndə onun gözlərininparıltısı sönür, həqiqətən canıyanan dost dərdə şərik çıxırsa, onun gözlərindəkədəri görmək olur. Vampirlərdə isə kədərli üz ifadəsinə baxmayaraq, gözləriparlaqlığını itirmir. Elə bu məqamda da mifologiya haqlıdır. Ordakı vampirlər də gözlərindən od yağan kimi təsvir olunurlar. Onlar gözlərini qurbanından çəkmirlər. Ona görə də gözlərinəbir dəfə diqqət yetirmək bəs edər. Üstəlik, qarşılıqlı söhbət zamanı başağrılarınız başlasa və get-gedə halsızlıq hiss etsəniz, həmsöhbətinizin vampirolduğundan şübhələnin. Onunla söhbətdən yayının. Amma deyək ki, vampir sizdənyaşca və ya vəzifəcə böyükdürsə, söhbəti yarımçıq tərk etməklə hörmətsizlik edəbilməzsinizsə, çalışın ki, vampirlə üzbəüz deyil, yanaşı oturasınız.  Enerjinin sorulmasının qarşısı alınması üçünayaqlarını çarpaz şəkildə qoyun, eləcə də, barmaqlarınızı bir-birinədaraqlayın. Adi məişət şəraitində, gəzintidə, dost məclisində fikir verin, vampirlər evheyvanlarını sevmirlər, elə heyvanlar da onlardan ötrü sino getmirlər. İtləronları görcək hürür, pişiklər cırnayırlar və gözlərini vampirdən çəkmirlər, əvəzindəisə həşəratlarlar onlara çox daraşırlar. Körpə uşaqlar da belə insanların qucağında çoxqalmırlar.

Gördüyünüz kimi günümüzün vampirləri qaniçən olmasalar da, enerjisormaqda mahirdirlər. Ona görə də təhlükəli olmaqda heç də sələflərindən geri qalmırlar. Ən ağır zəmanələrin birində yaşamaqla bir tikə enerjimiz,həyat gücümüz qalıbsa, onu da vampirlərə qurban etməyək. Amma... nə bilmək olar– bəlkə elə mən, ya bunu oxuyan da vampirdir. Məsələ burasındadır ki,psixoloqlar xəbərdarlıq ediblər: günümüzdə hər üç nəfərdən biri VAMPİRdir! 

Göstərilən təsvir və səbəblərdən başqa özünüzün və ya ətrafınızdakı ən yaxın adamınızın vampir olub-olmadığını müəyyən etmək üçün aşağıdakılara fikir verin:

* Boş yerdən dava çıxarırsınızsa,

* Kiminsə sirrini ortaya açıb-tökmək və ya deyilməli olmayan həqiqəti üzə vurmaq istəyirsinizsə, məsələn xarici qüsurları ilə bağlı, 

* İki sevəni ayırmaq istəyirsinizsə,

* Özünüzdə hər şey ola-ola yenə başqalarına həsəd aparırsınızsa, 

* Hər şeyə mız qoyub, heç nə bəyənmirsinizsə

* Və bütün bunlara haqq qazandırıb, sonra da heç nə olmamış kimi yenidən gülə-deyə geyinib gəzintiyə, işə çıxırsınızsa...

Deməli, sizin vampir olma ehtimalınız var, təcili psixoloqdan gün alın...


Şəfiqə ŞƏFA