adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 May 2015 14:09
49367
RUBRİKA

"Ədalət"in vaxtı: Ramiz Novruzla

Çoxlarımız bizəbiçilən zamanın, bəlkə də, böyük hissəsini özümüzü tapmağa həsr edirik. Amma eləinsanlar da var ki, ömür yolunun ta başlanğıcında, zamanın astanasında kimolacağını anlayır, qarşısına məqsədqoyur. "Ədalət”in vaxtı”nın bu dəfəki qəhrəmanı ömrünü sənətə, səhnəyə həsretmiş şəxslərdəndir. Zamanın seçilən və sevilənlər sırasına saldığı qəhrəmanı yaxındantanıyaq:

Xalq artisti Ramiz Novruz – 1955-ci ildə Biləsuvar rayonunun Səmədabadqəsəbəsində doğulub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dramvə kino aktyorluğu fakültəsini bitirib.1981-ciildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. İlyas Əfəndiyevin"Şeyx Xiyabani", "Mahnı dağlarda qaldı", "Hökmdar vəqızı", Hüseyn Cavidin "İblis", Mirzə Fətəli Axundzadənin "Lənkəranxanının vəziri", Mir Cəlalın "Dirilən adam" və s. tamaşalarındarol alıb.

R.Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. İstedadlıaktyor "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədərsevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.

Teatr sənətindəkixidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının ƏməkdarArtisti və 1998-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.


...Və RamizNovruzla zaman yolçuluğu:

 

"Zaman köhlən atdır, qovduqca daha sürətli qaçır

 

– Zamannədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zamankonkret deyil, çox geniş anlamdır. Zaman sanki bir köhlən atdır, qovduqcadaha sürətli qaçır. Arxasınca düşüb nə qədər yetişmək istəsən də bacarmırsan.Zaman insan, cəmiyyət həyatında ən vacib amildir, çünki məhz onun içərisində həyat,cəmiyyət mövcuddur və yaşamını davam etdirir. Bir səhnə adamı kimi deyə bilərəmki, zamanın aktyor taleyində özünəməxsus yeri var.  Çünki aktyor fəaliyyəti zamandan çoxasılıdır: vaxtı ötürmək, zamanından özünü sübut etməmək həmin aktyor üçün ürəkaçanolmur. Belə bir söz var: "Aktyor qəlbi oynanmamış rolların qəbiristanlığıdır”.  Gənc vaxtı deyək ki, Romeonu oynaya bilməyən,özünü bu rol üçün təsdiqləyə bilməyən bir aktyor 50 yaşında əlbəttə ki, bu roluala bilməz və bu obraz onun üçün əlçatmaz bir keçmişdə, zamanın məzarlığındaqalar.

 

– Həm dəgörünüş baxımından ola bilər, aktyor üçün bu çox vacibdir...

– Əlbəttə,zamanın insan üzündə, vücudunda qoyduğu izlər bir aktyorun fəaliyyətindəmütləq öz sözünü deyəcək, həm də onun xeyrinə yox.

 

– Bizi əhatəedən zamandan başqa, hər bir insanın öz daxili zamanı da var: öz qaydaları, özsaatı, qrafiki ilə işləyən zaman. Ramiz Novruz öz daxili zamanında hardadır, buzamanı necə tənzimləyir?

– Bəli,həm qaydaları, həm saatı, həm də öz ritmi var. Mənim daxili zamanım həmişə eləyaşadığım zamana, məqama uyğun olaraq tənzimlənib. Düzü, mənə həmişə nostaljihisslərlə yaşamaq gülünc gəlib.

 


"Daxilən gənc olan insan həmişə gələcəyi düşünür

 

– Ammayaradıcı insanlarda nostalji hissləri həmişə daha güclü olur...

–Yaradıcı və yaşlanmış, hətta köhnəlmiş insanlarda bu belə olur. Keçmişin xiffətiniçəkirlər, çünki artıq o vaxtki kimi fəaliyyət göstərə bilmirlər. Amma daxilən gəncolan insan cismani olaraq neçə yaşında olursa olsun həmişə sabahı, gələcəyidüşünür. Bəzən cavan insanlar belə heç görmədiyi illərin xiffətini çəkirlər,onları anlamaq olmur?! 90 yaşında insanlar var ki, bu günün gəncləri iləbir düşünür. Ona görə insanların öz daxili zamanını,onun ritmini duymaması mənə qəribə gəlir. Düşünürəm ki, insan nə bacarırsa bugün eləməlidir. Yaponların gözəl bir atalar sözü var: "Keçmiş zaman artıqkeçib, gələcək isə olmaya bilər. Ona görə də indiki zamanla yaşamaq lazımdır”. Böyük yazıçı Çingiz Aytmatovun da zamanla bağlı yaxşısözü var: "Problemlərin həllini gələcəkdə düzələcək deyə, gələcək nəsillərin üzərinəburaxa bilmərik. Çünki gələcəyimiz bizim bu gün nə edəcəyimizdən çox asılıdır”.Düşünürəm ki, zaman qarşısında hər bir insan məsuliyyət daşımalıdır.

 

– Yeri gəlmişkən,yaşadığı zamanla razılaşmayanlar və ya özlərinə başqa dövran arzulayanlar daolur. Başqa zamanın, başqa məkanın insanı olduğunu iddia edirlər. Beləinsanlarla yəqin rastlaşmısınız.

– Buinsanlarda daha çox fantaziya bolluğundandır. Keçmişi arzulamaq daha çoxacizlik əlamətidir. Amma gələcəyi arzulayırsa, bu yəqin ki, kosmik təxəyyüldür,hardasa irəlini görmək, ən azından onun xəyalını qurmaq bacarığıdır. Məsələn, mənimatam müharibə veteranı idi. Berlinə qədər gedib çıxmışdı. Amma heç vaxt şücaətlərindəndanışmazdı. Halbuki heç düz-əməlli döyüşməmiş insanlar müharibədən elədanışardılar ki, oranı görmüş atam belə çaşıb qalardı. Yəni bəzi insanların təxəyyülühəqiqətən də elə güclü olur ki, görmədiyi, olmadığı yerləri, zamanları belə istədiyikimi bəzəyir. Misalı həm də ona görə gətirdim ki, atam sizin dediyiniz kimi özsadəliyi, saflığı, təmizliyi və digər dürüst cəhətlərinə görə, nə məkanına, nədə zamanına aid insan deyildi. Ona baxanda hiss olunurdu ki, sanki başqazamanda, başqa ölkədə doğulmalıydı.

 

"Qazanc məsələsində zamanı üstələyirəm

 

–Zamanın sizdən aldıqları çox olub, ya verdikləri?

– Yəqinki maddi-cismani olaraq aldıqları çox olar. Amma mən maddiyata "bəs” deməyibacaran insanam. Həmişə də yorğanımın uzunluğunu bilib, ayağımı uzatmışam.Övladlarıma da bunu tövsiyə etmişəm. Amma mənim də zamandan aldıqlarım azdeyil. Yaxşı dostlar qazanmışam, gözəl ailəm var. Əgər bu gün tanınan, sevilənaktyoramsa, hələ də müqəddəs saydığım səhnədə, sevdiyim işdə çalışıramsa, deməliqazanc məsələsində zamanı üstələyirəm. Həm də bunları zəhmətlə, dişimlə-dırnağımlaqazanmışam, ona görə də mənə çox əzizdir.   

 

–Zamandan daha nələr gözləyirsiniz, nə istərdiniz?

– Ən əsashər şeyin gerçək olmasını istərdim. Sənətimiz, teatrımız daha arzulanan olsun,insanlarbaşdansovdu yox,ürəklə gəlsinlər, maraqartsın. Teatral atmosferin daha da inkişaf etməsini arzulayıram. Teatr üçündaha çox əsərlər yazmaq, tamaşalar hazırlamaq istəyirəm. Aktyor işinə dahaböyük diqqət ayrılsın. Ümumilikdə ölkəmizdə, millətimizdə mədəni intibahınbaş verməsini istərdim.

 

–Vaxtınızı necə bölürsünüz?Fəaliyyətinizçoxşaxəlidir, hər şeyə vaxt ayıra bilirsiniz?

– Məndəbelə bir xasiyyət var: teatrla məşğul olanda, televiziya və ya kinoyla əlaqənikəsirəm. Yəni televerilişlərdən uzaq oluram, filmə çəkilmirəm. Ya da əksinə. İşlədiyimteatrda da qrafik qaydalar tələb olunmadığına, aktyorlar üçün sərbəst şərait yaradıldığına görə özümə, yazılarıma ayırmağa kifayət qədər vaxtımqalır. Belə məqamlarda – özüm özümlə tək qalıb daxilimdə hesabat iclası keçirməyiçox sevirəm. Gördüklərimi, yaşadıqlarımı analiz edirəm. Bəzi yazılarımı beləanalizlərdən sonra ərsəyə gətirmişəm.

 

–Maraqlıdır, belə məqamların bəhrəsi nə olur, nədən yazırsınız?

– İlkhekayəmdə, aktyor olmaq istəyən bir gənc oğlanın sadəlövhlüyündən, müqəddəssaydığı səhnəyə gəlib ordakı həqiqətləri görərək, aktyorları tanıyaraq ümidlərininqırılmasından söhbət gedir. Çox sevdiyi bir aktyordan elə kobud hərəkət görürki, bu onda ruh düşkünlüyü yaradır. Burda deməyə çalışmışam ki, ömür boyu yaxşırollarda oynamış, insanların təfəkküründə alicənab bir şəxs kimi qalmış aktyor həyatda da belə olmaq məcburiyyətindədir, bu onuntamaşaçı qarşısında borcudur. Tamaşaçı sevdiyi aktyora yaxınlaşıb ondanavtoqraf istəyəndə onunla qətiyyən kobud davranmaq olmaz, çünki o,bəlkə də həmin aktyoru ömründə bircə dəfə görəcək və hafizəsinə gördüklərihopacaq.   

 


–Razıyam, həmişə qəhrəman adam kimi rollarda tanıdığım bir aktyorun həyatdaqorxaq olduğunu görsəm, şəxsən bir tamaşaçı kimi onu bir daha izləmərəm, üstəlikrola, əsərə, müəllifinə də inamım itər...

 

–Tamaşaçının məhəbbətini, təsəvvürünü, kobud desək, zorlamaq olmaz. Ən azı, birakyor yaxşı insan olmağı bacarmalıdır. Bundan başqa, zamanın ağrıdıcı məqamlarından,xüsusilə 20 Yanvar hadisələrində, Qarabağ müharibəsində xalqımızın başına gətirilənlərhəmişə müraciət etdiyim mövzulardır. "At ilinin birinci ayı” adlı bir pyes yazmışdım.Gəncə teatrı səhnələşdirdi. "Hələ "sevirəm” deməmişdilər” pyesi isə Qarabağ müharibəsinə aid, o zamanın acınacaqlıdurumu, ordumuzun aciz vəziyyəti məni qələmə sarılmağa məcbur etmişdi. Yazıçılıqiddiasında olmamışam, sadəcə məni ağrıdan, qəlbimə toxunan məsələləri teatrdili ilə çatdırmağa çalışmışam. Eyni zamanda tarixi-coğrafi məkan adları,xüsusilə bu günə qədər yanlış bildiyimiz adlar, sözlər mənim diqqətimi çəkir,onları araşdırıram.

 

– Tarixdə elə zamandır. İnsan tarixi yazır, araşdırır, idarə edir, bəs zamanı necə?

– Zamanıyox, müəyyən dönəmdə insan təfəkkürünü, yaşam tərzini idarə edə bilən insanlarolub. Zamanı bu cür yönəldən insanlar keçmişdə də olub, indi də var ki, xalqa,cəmiyyətə istiqamət verən insanlardır. Yaxud da zamanı cəmiyyətəuyğunlaşdırıblar.

 

– Zəmanəsininqəhrəmanı da yəqin ki, bu insanlardır...

– CəfərCabbarlının "Aydın” Pyesində belə bir fikir var ki, "Zamanın uçurumlarını tarixboyu bir neçə insanlar adlayıb keçə bilmişlər ki, onlarla da tarix daima fəxredir”. Əlbəttə, uçurumları, çətinlikləri aşıb, xalqını arxasıyca aparaninsanlar məhz zəmanəsinin qəhrəmanlarıdırlar. Böyük İskəndər, Şah İsmayıl Xətai,Teymurləng, Napaleon və başqaları zamanın qəhrəmanları olmaqla yanaşı həm dəzamana diktə edən insanlardır.


– İnsanonu necə dərk edir ki, məhz onun zamanıdır, vaxt onun üçün işləyir?

– Baxburda o bayaq dediyimiz daxili zaman işə düşür, insan öz daxili zamanınritmini, başqa sözlə desək intuisiyasını işə salır və bunu hiss edir. Zaman özüdə sanki belə insanları görüb, ortaya çıxardır. Vəziyyəti yetişdirir, elə bireksterimal vəziyyət yaranır ki, dünənə qədər adi insan həmin vəziyyəti dərhalqiymətləndirib ortaya atıla bilir. Belə insanlar zamanı bəzəyə biliblər.

 

"İnsan yaşadığı zamanı tanımalıdır”

 

–Zamanla ayaqlaşmaq necə, asandımı?

Zaman düzgün dəyərləndirilsə, müdrik düşünülsə,məncə ayaqlaşmaq, çətin olmaz. İnsan yaşadığı zamanı tanımalı, onudərk etməli, öz rolunu orda görməlidir. Bizim çoxumuz bacarmadığımız işlərlə məşğuluq.Hər kəs öz bacardığı işlə məşğul olsa, əlbəttə ki, vaxt bizə işləyər, xeyrimizəolar. Vaxtı ləngitmək olmaz. Millət olaraq, ümumilikdə zamanlamanı düzseçmirik. Bəlkə bizim saflığımızdan, sadəlövhlüyümüzdən irəli gəlir. Nəriman Həsənzadənin "Pompeyin yürüşü” əsərindədeyildiyi kimi: "Tarix bizim olub, tarixi yazan isə özgələr”. Yəni bir növuzaqgörənliyimiz azdır. Gələcəyi çox düşünmürük. Elə bu günümüzdə də çox şeyi başdansovduedirik.İstedadımız, sərvətimiz çox olduğu üçün həndəvərimizdə dolananlar da bundanistifadə edib. Məmməd Arazın şeirində deyildiyi kimi, "Bir zərrənin işığınamilyonlar şərik”. Azərbaycan həmin o zəngin zərrədir, işığımıza şərik olmaq istəyənlərçoxdur. Bu mənada insanların arzularını, tarixini oğurlamaq elə onun zamanınıoğurlamaq deməkdir.

 

–Vaxtlabağlı insanlara nə tövsiyə edərdiniz?

–Vaxtdan qiymətli heç nə yoxdur. Ustad Şəhriyarın məşhur şeirində belə bir bənd var:

 

Heydərbaba,alçaqların köşk olsun

Keçmişləringələcəyə məşq olsun,

Bizdənsonra gələnlərə eşq olsun,

Övladımızməsləkini, məzhəbini danmasın,

Hər içiboş sözlərə aldanmasın.

 

Məncə bubənd yeni nəslə ünvanlanan tövsiyələri özündə cəmləyir. İçi boş sözlərə aldanıbzamanı qurban verməyin.

 

Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa