ELDAR BAXIŞ - 75
hanı çay-çay axan şıltaq sətirlər
hanı dalğalanan şax qafiyələr
hanı söz meydanı hanı o alqış
hanı Eldar Baxış
hanı o gurultu hanı o şimşək
hanı o vıyıltı hanı o külək
hanı qaranlığı kül edən çaxış
hanı Eldar Baxış
hanı o atmaca gülüş zarafat
hanı qəm gölünü qurudan nəfəs
hanı hökuməti isladan yağış
hanı Eldar Baxış
hanı bu torpağa əyilən qeyrət
hanı şahə qalxan ucalıq hanı
hanı millətimdə o gözəl naxış
hanı Eldar Baxış
hanı ot dilində danışan adam
hanı şeh dilində danışan adam
hanı ağ sükuta xal salan baxış
hanı Eldar Baxış
açır gözlərini səhərə otlar
açır yanağında şeh gilə-gilə
Eldarın dilində danışır otlar
Eldarın dilində gəlir şeh dilə.
Digər Xəbərlər
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05
“Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”
10 Sentyabr 2026 10:57


Bakı -°C

