Əli Hüseynli: Sanksiyalar tətbiq ediləcək
“Qanun layihəsində nəzərdə tutulan tələblərin icrası inzibati məsuliyyətlə təmin ediləcək”.
Adalet.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı qanun layihəsinin hüquqi aspektlərindən danışıb.
O bildirib ki, sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi və platformalara dair yeni tələblərin müəyyən edilməsi hüquqi mexanizmlərlə dəstəklənir. Deputatın sözlərinə görə, qanun layihəsi mövcud qanunvericiliklə uzlaşdırılıb və inzibati məsuliyyət məsələləri də nəzərdə tutulub.
Əli Hüseynli qeyd edib ki, layihəyə əsasən, yaşla bağlı tələblərin pozulması halında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə sanksiyaları tətbiq ediləcək. O vurğulayıb ki, bu yanaşma həm platformaların, həm də müvafiq qurumların məsuliyyətini artıracaq.
Deputat əlavə edib ki, qanun layihəsinin əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək və hüquqi mexanizmlərlə bu sahədə effektiv nəzarət sistemini formalaşdırmaqdır.
Digər Xəbərlər
08 Iyun 2026 11:21
Uşaqların psixologiyasını istismar etməyə haqqınız yoxdur - Deputat
08 Iyun 2026 11:20
Zahid Oruc: “Sosial şəbəkələr alternativ deyil, artıq həyatın özüdür”
08 Iyun 2026 11:19
Hicran Hüseynova: “Uşaqlar təkcə ailənin deyil, həm də dövlətin sərvətidir”
08 Iyun 2026 11:14
Paşinyan TRIPP və Azərbaycanla sülhdən danışdı
08 Iyun 2026 10:31
“Pezeşkianın bu yöndəki çağırışları tamamilə ağıla, təcrübəyə, reallığa əsaslanır”
08 Iyun 2026 10:25
“Əslində dövlət idarəçiliyinin keyfiyyəti də məhz budur...”
08 Iyun 2026 10:24
“Əgər belə bir baza olsaydı, Moskva bunu bilərdi”
08 Iyun 2026 09:30


Bakı -°C

