adalet.az header logo
  • Bakı -°C
11 Iyun 2026 12:12
70
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “Əməliyyatdan iki ay sonra səhnəyə çıxdım”

Əməkdar artist  Coşqun Rəhimov  ilk dəfə olaraq  illər əvvəl keçidiyi  xəstəlikdən danışıb.

Adalet.az xəbər verir ki, o, həmin xəstəliyə necə qalib gəlməsindən danışıb:

“Mən ilk dəfə bu xəbəri eşidəndə  nə edəcəyimi düşündüm. Bu xəbəri heç kəsə demədik. Hətta atam, anam  belə xəstəliyimin ciddiliyin bilmirdi. Elə bilirdi ki, zob əməliyyatı olunacam. Əməliyyat zamanı xəstəxanaya gələndə bildilər ki, xəstəliyim ciddidir.Həkim mən dedi ki, sabah xəstəxanaya yerləşməlisən. Dedim ki, həkim dostumun toyuna getməliyəm. Toya gedib gələndə sonra  əməliyyat olundum. Mənə  2 saatlıq əməliyyat olacağım deyildi. Amma əməliyyat 13 saat çəkdi. Bunun da səbəbi  120 şiş, 220 tikiş olmağı idi. Bu qədər şişin bədəndən  2-3 saata  təmizlənməsi heç də asan məsələ deyildi. Sinəmi yardılar, üzümün dərisini soydular. Ancaq  bütün bunlar  psixologiyama qəti təsir etmirdi. Əhvalımı yüksək tuturdum. Hətta  ilk əməliyyatımdan   2 ay sonra  konsert verdik. “Lotereya” səhnəsini  xatırlayırsınızsa, həmin konsertdən danışıram. Boynumu tam döndərə bilməsəm də səhnəyə çıxdım. İnsanı işləmək sağaldır. Yaşamağa stimul verir. Bu xəstəlikdən əziyyət çəkənlərə sözüm odur ki, mütləq nikbin olsunlar. Bu xəstəlikdə əhvalın yüksək olması mütləqdir”.

Əntiqə