Ermənilərin Türkiyəyə nifrəti:İndi də yeni "silah" a əl atdılar
Ermənilərin türklərə və Türkiyəyə əbədi olaraq düşmən kimi baxması və düşməncə hərəkət etməsi artıq sirr deyil. 100 il, bəlkə də daha çox davam edən bu münasibət ermənilərin dünya ictimaiyyətinə türkləri “vəhşi” kimi sırımağına səbəb olub.
Nəinki xarici ölkələrdə toplu halında yaşayan , eləcə də Türkiyədə həyatını quran ermənilər hər zaman millətçilik toxumu səpərək türkləri təhqir ediblər. Aşağılamağa çalışıblar və bəzən buna çox gözəl də nail olublar.
Məsələn, xırda bir misal gətirək: dünyanın hər ölkəsində zəlzələdən ya vəlvələdən jurnalist qətlləri var və ilbəil çoxalır. Dünya artıq buna alışıb ki, jurnalist haqqı və yaxud nahaqqı müdafiə edirsə öldürüləcək. Amma Türkiyədə nəşr olunan ermənidilli “Aqos” qəzetinin baş redaktoru Hrant Dinki 2007-ci ildə qətl edilməsi bu günə qədər ermənilər tərəfindən gündəmdən düşürülməyib. İmkan verilməyib ki, ermənilər tərəfindən qətl edilən 50-yə yaxın türk diplomatı və ailə üzvü dünya gündəminə gəlsin...
Ermənilər demək olar ki, əllərinə düşən hər fürsətdə Türkiyəyə qarşı böhtan, şər atmaqla, ona qarşı yaşadıqları dövlətdə anti-türk əhval ruhiyyəsi yaratmaqda “mütəxəssis” olublar. Bu səbəbdəndir ki, tarixdə olmayan qondarma “erməni soyqırımı” 150-dən çox ölkə tərəfindən rəsmən tanınıb.
İndi də əllərinə yeni fürsət keçib. Türkiyəyə qarşı növbəti "silah"a sarılıblar.
Adalet.az xəbər verir ki, İngiltərənin qəzetinin Türkiyə haqqında məqaləsi erməni mediasında da öz əksini tapıb.
““The Economist” nəşri yazır ki, Türkiyədə xəzinə ovçularının böyük əksəriyyəti, onların fikrincə, ermənilərin qoyub getdiyi xəzinələri axtarır .
Müəllif Erin O'Brien geniş məqaləsində bu məsələyə toxunur və yazır:
“Türkiyədə irqçi stereotiplər var və ermənilər çox vaxt doyumsuz sərvət yığanlar kimi təqdim olunur. Çox çəkmədi ki, insanlar soyqırımdan qaçan ermənilərin bir gün qayıdacaqları ümidi ilə qiymətli əşyalarını basdırıblar.
Müəllif qeyd edir ki, erməni kilsələri və qəbiristanlıqlarının ərazilərində ölkənin tarixi təbəqəsi dağıdılır, çünki xəzinə ovçularının kobud üsulları arxeoloji abidələrə düzəlməz ziyan vurur.
Onun sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan hökuməti daha çox ermənilərin məskunlaşdığı bölgələrdə həyata keçirilən talanlara məhəl qoymur.
“İnternetdə ermənilər tərəfindən cızıldığı iddia edilən saysız-hesabsız xəzinə xəritələri var, əksəriyyəti saxtadır, çünki üzərində müasir türk yazarları var. O biznes fırıldaqçılarla doludur”, O'Brien yazır.
O qeyd edir ki, ölkədən çoxlu qədim əşyalar çıxarılıb.
“O zaman Van gölünün ətrafında 600-dən çox kilsə var idi. İndi 100-dən az qalıb. Qalanlar skeletə bənzəyir, onların içləri xəzinə ovçuları tərəfindən talan edilir. Erməni oymaları məhv edilib, günbəzlər və sütunlar dağıntı qalaqlarına çevrilib”.
Bildiyiniz kimi dünyanın hər bir ölkəsində xəzinə- dəfinə axtaranlar var. Ermənistanda da təbii ki, var. Hətta Ermənistanda yerləşən qədim Alban abidələrinin bir çoxu bu səbəbdən xarabazara çevrilib və dövlətin maliyyəsi ilə yenidən bərpa edilməsi nəzərdə tutulur.
Səbəb yalnız birdir. Fürsətdən istifadə edib, Türkiyəni dünyada biabır etmək, onun imicinə ləkə vurmaq. Erməni diasporunun ilk və ən vacib işinin biri məhz budur.
Əntiqə Rəşid