adalet.az header logo
  • Bakı -°C
05 Iyun 2026 13:06
71
ƏDƏBİYYAT
A- A+

Əşrəf Veysəlli vəfat edib

Şair Əşrəf Veysəlli vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə apa-ya Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı məlumat verib.

O bildirib ki, Əşrəf Veysəlli bu gün "Sumqayıt Hospital"da vəfat edib.

Qeyd edək ki, Əşrəf Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb. Ötən əsrin 50-ci illərindən ədəbi mühitdə olub.