adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Mart 2015 14:28
49299
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyonazərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektualFacebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq.Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göyvirtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimizstatuslara nəzərən bir status

                                                                      ***


Ceyhun Musaoğlu: "Bundan sonrakı həyatyenidən yaşamaq üçündü


                                                                       ***


Kəramət Böyükçöl: " Bizim cəmiyyətdəciddi şəkildə kişi hüquqsuzluğu hökm sürür, kişiləri qadınlardan qorumaqlazımdı”


                                                                       ***


Xalid Kazımlı: " Dostlarınarasında "Feysbuk səhifəmi bağlamışam" deyənlər artır. Deyəsən, buişin də dadı qaçıb artıq...”

                                                                       ***



Təranə Xudabaxşıyeva: "Bir zamanlar küçədəyaşayan küçük varmış. Bütün məhlədəki insanlar həmin itə yemək verib böyüdüblər.Bir müddət keçir kücük böyüyüb it olur. Və məhəlləyə köçən yeni ailə həmin itievlərinə aparıb saxlayırmış. Bu zaman it isti ocaq görür daha da yeyib böyüyür.Məhəlləyə ailəsi ilə gəzməyə cixarkən başlayır məhlədəki insanlara hürməyə və hətdabir neçə qonşunu dişləyir də. Bunu görən ailə həmin iti quduzlasacağındanqorxub çölə atır. İt yenə də məhlədə qonşulara möhtac qaldığından quyruq bulayıbyaltaqlanmağa başlayır. Bu dəfə yarası hələ də sağamayan qonşu ov tufəngi iləitə dişləm izlərinə görə təşəkkürünü bildirir. (c)

P.S BU İNDİKİ DÖVRDƏ İNSANLARA AİDDİR. HEÇ KİMİTAPDALAMAYIN SABAH ONA MÖHTAC QALARSINIZ . VE O


                                                                            ***


Oral Mədənçi: " 6-ci sinifdəoxuyurduq, sinifimizdə Əfsanə adında qız var idi (yoxsul yasayirdilar, atası əlilidi). "8 Martda" müəlliməyə özünün parafindən hazırladığı hədiyyəni gətirmişdi.Müəllimə sinifdən çıxanda bütün hədiyyələri götürüb onun hədiyyəsini sinifdəqoyub getmişdi.

P.S Emin Səfərovun statusunu oxuyanda xatırladim.Qızın ağlamağını xatırladim. O gün bu qədər agir gəlməmişdi, nəin ki, bu gün...

                                                                             ***



Vüsal Məmmədov: "Məni tanıyanlarbilir ki, qətiyyən xəsis adam deyiləm. Amma bu bayram məsələsini bir çözməklazımdır. Elə eləmək lazımdır ki, bayramlar insanlara maddi çətinlikyaratmasın, əziyyətə salmasın, düşdükləri xərclərə görə dilxor olmasınlar...Bayran sevinc, yüngüllük gətirməlidir, ağırlıq və problem yox”


                                                                            ***


Süleyman İsmayılbəyli: " Bəzilərindəgetdikcə insaniyyət itir, ətrafdakılara qarşı hörmətsizlik özünü daha qabarıq şəkildəgöstərir. Bu gün səhər metroda gördüyüm mənzərə məndə belə qənaət yaratdı. Təsəvvüredin metroda sərnişin sıxlığının olduğu bir vaxtda birisi vaqona daxil olankimi çantasından ayaqqabı mazı çıxardıb başladı ayaqqabısını mazlamağa. Daha nəzərəalmadı ki, kiminsə mazın iyindən xoşu gəlməyə bilər. Təəssüf doğuran məqam həminşəxsin xanım olması idi. Sonra da deyirlər cənnət anaların ayağı altındadır. Gələcəyinanası olacaq bu xanımın ayağının altında nəinki cənnət, heç cəhənnəmi də rəvabilməzdim. PS. Bu da 8 mart ərəfəsində həmin xanıma məndən bir hədiyyə”


                                                                           ***


Xanlar Xoca:"Bakı-Sumqayıt yolundakı kafelər yığışdırılandan sonra ordakı adamlar deyəsənbəzi telekanallara toplaşıblar. əxlaqsız geyimlərilə verdikləri mesajlardan hərşey aydın olur...”

                                                                           ***



Yasin Qarayev: " 8-Mart qadınlarbayramı gelir. Kişiler qadınları idare etmek ücün,bahalı hediyyeleralırlar.Amma mene bele gelir ki,en qiymetli hediyye onlara tabe olmaqdır”


                                                                             ***

Tunay Əliyeva: "Mən eləbilirdim ki, hər cür adam tanıyıram...Ən əsası da elə bilirdim, hər cür yalançı, ikiüzlü kişiləri taniyıram....Son vaxtlar analoqu olmayan adamlar tanıdım...Vəbaşa düşdüm ki, "mən onu bilirəm ki, heç nə bilmirəm"


Sübhan Mahmudlu